Dünya
Əhməd Davudoğlu AKP-dən istefa verib
13 Sentyabr, 2019
311
Əhməd Davudoğlu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlüyündən istefa verib.

Türkiyənin "Sözçü" qəzetinin verdiyi xəbərə görə, bununla bağlı sabiq Baş Nazir bəyanat yayıb.

Ə. Davudoğlu ilə bərabər, bir neçə sabiq millət vəkili - Səlcuq Özdağ, Ayxan Səfər Üstün və Abdullah Başçı, habelə AKP-nın İstanul təşkilatının sabiq sədri Səlim Temurci də partiya üzvlüyündən istefa veriblər.

Bir müddət əvvəl sabiq Xarici İşlər naziri Əli Babacan da AKP-dən istefa verib. 

Dünya

Gürcü hökuməti paytaxt restoranlarına maliyyə yardımı ayırır
 

5 Mart 2021

TripAdvisor

Tbilisi restoranları hökumət tərəfindən vəd edilən subsidiyaları alacaqlar "Sputnik Gürcüstan"ın martın 5-də verdiyi xəbərə görə, pandemiyanın vurduğu ziyana kompensasiya olaraq hər bir restoran 5 min lari (2560 manat) həcmində dövlət subsidiyası alacaq.  Bu barədə Nazirlər Kabinetinin iclası zamanı baş nazir İrakli Qaribaşvili açıqlama verib. O, bildirib ki, hökumət kiçik və orta restoran biznesinin maliyyələşdirilməsi haqqında təşəbbüsü dəstəkləmək niyyətindədir.  Yardımın hansı meyarlar əsasında paylanılacağı bir neçə gün sonra bildiriləcək. Qeyd olunub ki, bu meyarlar əsasən restoranın dövriyyəsi və yerlərin sayı ilə bağlı olacaq. Bir hüquqi şəxsin birdən artıq restoranı idarə etdiyi hallarda subsidiya 10 min lari (3000$) təşkil edəcək.  Layihə çərçivəsində...
Dünya

Belarus Litvadan Tixanovskayanın təhvil verilməsini tələb edir

5 Mart 2021

NRC

Belarus Baş Prokurorluğu Litvaya göndərdiyi müraciətdə Svetlana Tixanovskayanın cinayət məsuliyyətinə cəlb olunması üçün təhvil verilməsini tələb edib.  "RİA Novosti"nin martın 5-də verdiyi xəbərə görə, keçmiş prezidentliyə namizəd ictimai asayişin pozulmasında və dövlət əleyhinə cinayətlərdə ittiham olunur. Belarus İntintaq Komitəsi martın 2-də bildirmişdi ki, Tixanovskayanın ekstradisiyasına başlamaq niyyətindədir və müvafiq sənədlər artıq respublikanın Baş prokurorluğuna göndərilib.  Litva XİN isə öz növbəsində bildirib ki, ölkə siyasi təqibə məruz qalan şəxsləri təhvil vermir. Belarusda 2020-ci ilin avqustun 9-da keçirilən prezident seçkilərində rəsmi nəticələrə görə 80,1% səs toplayan Aleksandr Lukaşenko qalib elan olunub. Lukaşenko əleyhdarları isə seçkilərdə Tixanovskayanın qalib gəldiyini hesab edir. Müxalifət yeni...
Seçilmiş Videolar