Dünya

Emənistanda seçkilər Paşinyanın "istədiyi" formatda keçiriləcək

2 Aprel, 2021
272

Photolur

Ermənistan parlamenti dünənki növbədənkənar iclasında Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında qanun layihəsini ikinci və son oxunuşda qəbul edib. 

"Azatutyun"un aprelin 2-də verdiyi məlumata görə, qanun layihəsinin lehinə 82 deputat səs verib, əleyhinə çıxan və bitərəf qalan olmayıb. 

Müəlliflərinin ikisinin baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hakim "Mənim addımım" fraksiyasnın üzvü, ikisinin isə müstəqil olduğu qanun layihəsi reytinq siyahılarının ləğv olunmasını və seçkilərin sadə proporsional sistemlə keçirilməsini nəzərdə tutur, yəni seçicilər ancaq partiyalara səs verəcəklər. 

Müxalif “Maariflənmiş Ermənistan” fraksiyası səsvermədə iştirak etməyib, “Çiçəklənən Ermənistan” adlı digər müxalif fraksiyanın üzvləri isə ümumiyyətlə iclasa gəlməyiblər. 

“Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan hakim fraksiyanı hiylədə ittiham edib. Onun sözlərinə görə, hakimiyyət Avropa Şurasının Venesiya komissiyasına bir layihə göndərib, parlamentin müzakirəsinə isə başqasını çıxarıb. O, həmçinin qeyd edib ki, əgər iyunda keçiriləcək nödbədənkənar seçkilər öncəsi oyun qaydaları dəyişdirilərsə, parlament seçkilərinin legitimliyi şübhə altına alınacaq.

Layihənin həmmüəlliflərindən biri, hakim “Mənim addımım” fraksiyasının üzvü Vaahn Ovakimyan ittihamları rədd edərək bildirib ki, müzakirə olunan layihədə Venesiya komissiyasına göndərilməyən heç nə yoxdur.

Hakim fraksiyanın digər üzvü Ruben Rubinyan iki il öncə Seçki məcəlləsinə dəyişikliklər müzakirə olunarkən Edmon Marukyanın etdiyi çıxışdan sitat gətirib bildirib ki, o zaman həmkarı sadə proporsional sistemin tərəfdarı olub: “Bəli, oyun qaydaları bilavasitə seçki öncəsi dəyişdirilir, amma liberallaşdırılır. Müddətə gəlincə, cənab Marukyanın 2018-ci ildəki çıxışı zamanı seçkilərə cəmi 45-50 gün qalırdı”. 

“Maariflənmiş Ermənistan” seçkilərə qədər istənilən dəyişikliklərin əleyhinədir, “Çiçəklənən Ermənistan” isə bildirib ki, seçkilərin hansı sistem üzrə keçiriləcəyi onun üçün önəmli deyil, əsas odur ki, seçkilər gecikdirilməsin.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə şəffaf və ədalətli seçkilərin baş tutması üçün proporsioanal sistemə keçidin labüd olduğunu bildirirdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo