Dünya

Ərdoğan fransız mallarını boykot etməyə çağırdı

26 Oktyabr, 2020
268
Emmanuel Makronun islama qarşı fikirlərindən sonra Avropada islamafobiya artıb. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada "Mevlidi-i Nebi Haftası” açılış proqramında danışarkən belə deyib. 

O, Türkiyə xalqını fransız mallarını boykot etməyə çağırıb. 

R.T. Ərdoğan türklərin Fransada zülmlə qarşı-qarşıya qalan müsəlmanlara sahib çıxmalı olduğunu deyib: "Türkiyədə din azadlığı olsa da, Fransada yoxdur. Bizi onlarla səhv salmayın”.
Dünya

Koronavirus statistikası: Gürcüstan və Ermənistan

1 Avqust 2021

APA

Gürcüstanda son sutkada koronavirusa 2 654 yeni yoluxma faktı qeydə alınıb, 1 319 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib. Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, hazırkı dövrədək ölkədə “COVID-19”-a 422 188 nəfərin yoluxduğu müəyyən edilib. Onların 384 712-si sağalıb, 5 853-ü vəfatb edib. Bu günə olan aktiv xəstə sayı 31 597 nəfər təşkil edir. Ermənistanda son sutka ərzində 229 yoluxma qeydə alınıb. Ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 230 339-a çatıb. Son 24 saat ərzində 5 ölüm faktı qeydə alınıb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 4619-a çatıb.
Dünya

98 yanğından 88-i nəzarətə alınıb
 

1 Avqust 2021

ensonhaber.com

Türkiyədə 28 iyulda Antalyanın Manavgat qəsəbəsində başlayan və sonra 26 fərqli regiona yayılan yanğınlara müdaxilə davam edir. Artıq 98 yanğından 88-i nəzarətə alınıb. Adanada 20 yanğından 19-u söndürülüb, 1 yanğına müdaxilə davam edir. Osmaniyədəki 4 yanğından 3-ü söndürülüb, 1 yanğına müdaxilə davam edir. Mersindəki 7 yanğından 4-ü söndürülüb, 3 yanğına müdaxilə davam edir. Muğladakı 5 yanğından 3-ü söndürülüb, 2 yanğına müdaxilə edilir. Yanğınlar nəticəsində bu günə qədər 6 məfərin öldüyü, 410 nəfərin zərər çəkdiyi bildirilir ("Haberler.com")
Seçilmiş Videolar