Ərdoğan Ermənistanla münasibətlərin normallaşması barədə: Qırmızı xəttimiz var
Rəsmi səhifə
Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılmasından danışarkən bildirib ki, "Azərbaycan əvvəldən bizim üçün “qırmızı xətt”olub".
Bu barədə “Anadolu” agentliyinin məlumatında deyilir.
“Azərbaycanla problem həll olunandan sonra “qapılarımızı açacağıq” dedik. Mən Paşinyanın regional sülh və əməkdaşlıqla bağlı bizimlə eyni fikirləri bölüşməsindən məmnunam. İndi biz onlardan bəyanatlardan savayı konkret addımlar gözləyirik. Biz Ermənistanla münasibətlərin normallaşdırılması prosesində ciddi və qətiyyətliyik. Biz də tam normallaşmaya və mehriban qonşuluq münasibətlərinə çalışırıq”, - deyə Ərdoğan bildirib.
https://toplum.tv/siyaset/ermenistan-qosunlarini-qarabagdan-cixarir
Daha əvvəl Ermənistan mətbuatı xəbər yaymışdı ki, Türkiyə və Ermənistan sərhədlərinin açılması üçün hazırda sərhədyanı ərazilərdə minalardan təmizləmə əməliyyatları aparılır.
Açıq mənbələrdən götürülüb
РИА Новости