Rəsmi səhifə
"Bu gün İranda yaşayan azərbaycanlılarının sayı göz qabağındadır".
"Anadolu" agentliyinin oktyabrın 21-də verdiyi məlumata görə, bu sözləri Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən geri qayıdan vaxt təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Türkiyə Prezidenti bildirib ki, İranla Azərbaycan arasında hərbi qarşıdurmanın olacağına inanmır.
"İsrailin Azərbaycanla əlaqələrinə görə İran Azərbaycanı hədəf seçə bilməz, çünki bu gün İranda yaşayan azərbaycanlılarının sayı göz qabağındadır. Bu fakt düşünməyə məcbur edir. Yəni, o qədər də asan məsələ deyil. Səhv işlər görülür. Zənn edirəm ki, İranın yeni rəhbərliyi bu səhvi davam etdirməyəcək", - deyə Ərdoğan vurğulayıb.
Türkiyə lideri açıqlamalarında Zəngəzur dəhlizi məsələsinə də toxunub və qeyd edib ki, bu məsələdə Türkiyənin mövqeyi dəyişməyib. (Prezident bundan əvvəlki çıxışlarında demişdi ki, Türkiyə dəhlizin açılmasıyla bağlı Azərbaycanın mövqeyini tam dəstəkləyir).
Ərdoğan oktyabrın 26-da Füzuli şəhərinə edəcəyi səfərdən də danışıb. O, səfər çərçivəsində Bakıya səyahətin nəzərdə tutulmalıdığını bildirib və əlavə edib ki, Füzulidə İlham Əliyevlə birgə hava limanının və magistral yolun açılışında iştirak edəcək.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”