AA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail prezidenti Haim Hersoq arasında telefon danışığı olub.
"Anadolu" agenliyinin xəbərinə görə, bu barədə Türkiyə prezidentinin dəftərxanası məlumat verib.
Telefon danışığı zamanı Ərdoğan Hersoqu prezident seçilməsi münasibətilə təbrik edib. Söhbət zamanı dövlətlərarası münasibətlərin və regional problemlərin müzakirə olunduğu bildirilir
Türkiyə prezidenti qeyd edib ki, iki ölkə arasında energetika, turizm və texnologiya kimi sahələrdə əməkdaşlıq üçün böyük potensial var.
Ərdoğan onu da əlavə edib ki, beynəlxalq birlik Fələstin-İsrail münaqişəsinin “iki xalq, iki dövlət” prinsipi əsasında həmişəlik və hərtərəfli nizamlanmasını gözləyir. O, bu nizamlanmanın Türkiyə-İsrail münasibətlərinə də yaxşı təsir göstərəcəyini vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb