Getty Images
Türkiyə sakini Rəcəb Tayyib Ərdoğan cümə günü İsveç və Finlandiyanın NATO-ya daxil olması fikrinə mənfi münasibət bəslədiyini bildirib.
“Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq”, - deyə, Türkiyə Prezidenti qeyd edib.
Xəbəri “Anadolu” agentliyi yayıb.
“Çünki bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar verib. Beləliklə, Yunanıstanın NATO-ya arxalanaraq Türkiyəyə qarşı davranışını bilirsiniz”, - dövlət başçısı bildirib.
R.T.Ərdoğan deyib ki, Skandinaviya ölkələri terror təşkilatlarının yuvasına çevrilib: “PKK-sı, DHKP-C-si İsveçdə, Niderlandda da yuva salıb. Hətta oraların parlamentlərində də təmsil olunurlar. Bu baxımdan onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”.
Dövlət başçısı rəsmi Ankaranın Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün göstərdiyi cəhdlərdən də danışıb: “Rusiya və Ukrayna prezidentlərinə müharibənin dayandırılması ilə bağlı çağırışlar edirəm. Müharibənin yaxşısı yoxdur. İtkilər ortadadır. Bundan sonrakı müzakirələrimizdə də sülhlə bağlı çağırışlarımızı davam etdirəcəyik”.
Bir ölkənin NATO-ya daxil olması üçün artıq bu alyansın üzvü olan bütün ölkələrin razılığı lazımdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
PBS
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür