Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Moskva Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci partiyasının satışını elan edib, Rusiya artıq müqavilənin icrası üzərində işləyir.
Bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayev məlumat verib.
Şuqayev müqaviləni Moskvada "Ordu-2022" forumunda elan edib. O, sövdələşmənin nə vaxt bağlandığını açıqlamayıb, lakin qeyd edib ki, bu, Türkiyədə komplekslərin istehsalının qismən lokallaşdırılmasını nəzərdə tutur. Onun sözlərinə görə, “çətin siyasi vəziyyət” “Rusiya tərəfinin tərəfdaşlarla qarşılıqlı fəaliyyətinin bəzi aspektlərinə təsir göstərib”, lakin Türkiyə ilə hərbi-texniki əməkdaşlıq davam edir.
https://toplum.tv/dunya/putin-qehreman-ana-titulunu-berpa-etdi
S-400 zenit-raket kompleksi uzaq və orta mənzilli raket sistemidir, 2007-ci ildə istifadəyə verilib, Türkiyədən əlavə, Moskva Çin və Hindistana da ondan tədarük edib,...
РИА Новости
Narvadakı "T-34" tank abidəsindən əlavə, Estoniya hakimiyyəti daha altı sovet abidəsini sökəcək.
ERR xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaja Kallas Tallində keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Narvadakı tank Estoniya ölkənin daxili təhlükəsizliyinə həsr olunan Müharibə Muzeyinə veriləcək.
https://toplum.tv/dunya/krimda-silsile-partlayislar-sakinler-texliye-olunur
Qeyd olunur ki, ondan əlavə, Petrovski meydanındakı xatirə lövhələri, Qırmızı Ordu əsgərlərinə qoyulan abidə, Sovet İttifaqı Qəhrəmanı İqor Qrafovun abidəsi, Narva-Yıesuu şəhərində İkinci Dünya Müharibəsinə həsr olunmuş bir neçə abidə, Meriküla kəndindəki sovet desantın qoyulan abidə də söküləcək.
Artıq Narvada "T-34" tank-abidəsinin hərbi muzeyə təhvil verilməsi üzrə işlərə başlanıldığı bildirilib.