Dünya

Ərdoğan Putinlə razılaşır: Ukrayna taxılı varlı ölkələrə daşınır

8 Sentyabr, 2022
594

Açıq mənbələrdən götürülüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə razılaşıb ki, Ukrayna taxılı ən çox ehtiyacı olan ölkələrə daşınmır. 

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Ərdoğanın sözlərinə görə, Afrika ölkələrinə taxıl nəzərdə tutulduğu qədər çatdırılmır: “Cənab Putin düz deyir ki, taxıl dəhliz vasitəsilə kasıb ölkələrə yox, əsasən inkişaf etmiş ölkələrə çatdırılır. Putin Rusiya Federasiyasına qarşı sanksiyalar zamanı taxılın məhz sanksiyaları tətbiq edən ölkələrə göndərilməsindən narahatdır. Biz [Rusiya Prezidenti Vladimir Putinlə] Səmərqənddə bu mövzunu müzakirə edəcəyik”.

https://toplum.tv/dunya/putin-ukraynadan-taxil-icracina-mane-ola-biler-erdoganla-meslehetlesecem

Ərdoğan Moskvanın özünün də taxıl göndərməyə başlamasını zəruri hesab edir. Türkiyə prezidenti deyib: “Türkiyə ərzaq tədarükünün Rusiyadan başlamasının tərəfdarıdır".

BMT taxılın hansı ölkələrə nə qədər daşındığını açıqlayıb

Birləşmiş Millətlər Təşkilatı CNN-ə verdiyi açıqlamada "Taxıl Sazişi" çərçivəsində "taxıl və digər ərzaq məhsullarının" təxminən 30%-nin (700.000 metrik ton) aşağı və aşağı orta gəlirli ölkələrə daşındığını açıqlayıb. 

Belə ki, ixracın 10%-i Misirin, 5%-i İranın, 4%-i Hindistanın, 3%-i Sudanın, 2%-i Yəmənin, 2%-i Keniyanın, 1%-i Somalinin, 1%-i Cibutinin və 1% -dən azı Livanın payına düşüb. Bunlar Dünya Bankının aşağı və ya aşağı orta gəlirli ölkələr kimi təsnif etdiyi ölkələrdir. 

Dünya Bankının yuxarı-orta və ya yüksək gəlirli ölkələr kimi təsnif etdiyi ölkələrə isə Ukraynadan taxıl ixracı faizi belədir:  Türkiyə 20%, İspaniya 15%, Çin 7%, İtaliya 7%, Cənubi Koreya 6%,  Hollandiya 5%, Rumıniya 4%, Almaniya 3%, İsrail 2%, İrlandiya 1%, Fransa 1%, Yunanıstan və Bolqarıstan 1% -dən az. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo