Dünya

Ərdoğan: Rusiya ilə münasibətlərdə yeni mərhələ açırıq

5 Avqust, 2022
143

TASS

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə əməkdaşlıqda yeni səhifə açdıqlarını deyib. 

REN TV-nin məlumatına görə, Türkiyə Prezidenti Soçidəki danışıqların Moskva ilə Ankara arasında münasibətlərdə yeni mərhələ mənasına gəldiyini deyib. O əlavə edib ki, hazırda bütün dövlət başçıları bu danışıqları izləyir.

Rusiya və Türkiyə arasında qarşılıqlı fəaliyyətdə “yeni səhifə” deyərkən, Ərdoğan Suriyadakı vəziyyətin müzakirəsini, enerji sektorunda əməkdaşlığı, Qara dənizdə Ukrayna taxılının ixracını, turizm, eləcə də bir sıra regional məsələləri nəzərdə tutub. 

https://toplum.tv/dunya/cin-abs-la-bir-sira-sahelerde-emekdasligi-dayandirdi

Putin isə taxılla bağlı sazişin əldə olunmasında iştirakına görə türkiyəli həmkarına təşəkkür edib. Rusiya lideri qeyd edib ki, gübrə və taxıl tədarükü bir çox inkişaf etməkdə olan ölkələr üçün son dərəcə aktualdır.

Türkiyə Prezidentinin Soçi şəhərinə səfəri bu gün başlayıb. Ərdoğanın Putinlə görüşündə Qarabağ məsələsinin də müzakirə ediləcəyi istisna edilmir. 

Dünya

Qərb Ukraynaya daha 1,5 milyard avroluq hərbi yardım göstərəcək

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qərb ölkələri Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynanın hərbi ehtiyacları üçün bir milyard yarım avrodan çox vəsait ayırmağa söz verib.  "Radio Svoboda" xəbər verir ki, bu barədə avqustun 12-də Kopenhagendə 26 ölkənin müdafiə nazirlərinin konfransında bildirilib. Bu vəsaitdən silah, raket və sursatların tədarükü, Ukrayna üçün silah istehsalının artırılması, ukraynalı əsgərlərin təlimi və Ukraynanın müharibə gedən ərazilərində minaların təmizlənməsi üçün istifadə olunacaq. https://toplum.tv/dunya/ukrayna-krimi-vurdu-rusiyanin-reaksiyasi-nece-olacaq Ukrayna Prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə Qərb müttəfiqlərindən daha çox maliyyə vəsaiti və silah-sursat istəyib. "Rusiyanı nə qədər tez dayandırsaq, özümüzü bir o qədər tez təhlükəsiz hiss edəcəyik. Müdafiəmiz üçün silah-sursat lazımdır", - deyə Zelenski bildirib. Ukraynanın müdafiə...
Dünya

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. "Anadolu" agentliyi xəbər verib ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu göstəriş verib.   https://toplum.tv/dunya/ruslar-kutlevi-sekilde-turkiyeden-ev-alir “Avqustun əvvəlindən Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Krım tatarlarına “türk mənşəli həmvətən” statusu əsasında  uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. Əvvəllər Ahıska türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstandan olan etnik türklər bu statusdan yararlanıblar", - deyə o bildirib.  Qeyd olunub ki, Krım tatarlarına yaşayış icazəsi 2022-ci ilin iyununda daxili işlər naziri Süleyman Soylunun adından verilməyə başlanıb. 

Seçilmiş Videolar

Toplum TV loqo