Dünya

Ərdoğan Rusiyadan S-400-ün hansı səbəbdən alındığını açıqladı

30 Sentyabr, 2021
220

Rəsmi səhifə

Türkiyə Rusiya istehsalı olan S-400 zenit-raket kompleksinin alınması barədə qərarı Vaşinqtonun "Patriot" raketlərini satmaqdan imtinasından sonra qəbul edib. 

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan “The New York Times” qəzetinə müsahibəsində məlumat verib. 

“Öz silahımızı biz özümüz alırıq”, - Ərdoğan deyib. Onun sözlərinə görə, Donald Trampın rəhbərlik etdiyi keçmiş ABŞ administrasiyası və NATO Baş katibi Yens Stoltenberq Ankaranın silah təchizatçısını seçmək hüququnu təsdiqləyiblər. 

Həmin satınalmadan sonra ikitərəfli münasibətlərin soyuqlaşmasına toxunan Ərdoğan “buna dəyərdi” söyləyib. Bu zaman o, əlavə edib ki, Türkiyə və ABŞ arasındakı əlaqələr prinsipial önəmli xarakter daşıyır, onları qorumaq və möhkəmləndirmək lazımdır. 

Bundan əvvəl, sentyabrın 27-də Ərdoğan bildirmişdi ki, Ankara daha bir partiya S-400 almaq niyyətindədir. Prezidentin sözlərinə görə, Türkiyə suveren dövlət kimi kimdən silah alacağına yalnız özü qərar verə bilər: “Gələcəkdə kimsə bizim hansı müdafiə sistemini və hansı ölkədən silah alacağımıza qarışa bilməz”.

Rusiyadan S-400-ün alınması barədə danışıqlar 2019-cu ilin iyulunda başlamışdı. Vaşinqton Türkiyədən sövdələşmədən imtina etməyi və Amerika istehsalı olan "Patriot" raketlərinin alınmasını tələb edirdi. Bundan sonra Türkiyəyə ən müasir "F-35 Lightning II" qırıcılarının satılmasından imtina edildi. Qərara görə, Türkiyə bu təyyarələrdən 100 ədəd almalı idi.

Dünya

Avropa Birliyi Belarusa qarşı sanksiyaları təsdiq etdi

2 Dekabr 2021

Rəsmi səhifə

Avropa Birliyinə üzv-ölkələrin daimi nümayəndələri komitəsinin (COREPER) iclasında Lukaşenko rejiminə qarşı sanksiyaların beşinci paketi razılaşdırılıb. Bu barədə "RİA Novosti" xəbər verir.  Qərara əsasən, yeni məhdudiyyətlər imzalanandan və ictimailəşəndən sonra qüvvəyə minəcək. Sanksiyaların AB-nin rəsmi jurnalında bu gün, dekabrın 2-də dərc olunacağı gözlənilir. Yeni sanksiya siyahısına Belarusun 17 rəsmi şəxsi və 11 təşkilatı daxil edilib. Daha əvvəl məlum olmuşdu ki, yeni sanksiyalar AB sərhədlərində miqrasiya böhranını təşkil edən və ya ona yardım edən fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına tətbiq ediləcək. Artıq məlumdur ki, Dövlət Sərhəd Xidmətinin sədri Anatoli Lapko, Qrodno sərhəd dəstəsinin rəisi Konstantin Molostov, DİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz...
Dünya

Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər

2 Dekabr 2021

Spiegel

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun yeni konstitusiyasının qəbulundan sonra növbədənkənar prezident seçkiləri ehtimalını dəyərləndirib.  O, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb. Lukaşenko bildirib ki, Belarus konstitusiyasına dəyişikliklər haqqında referendumdan sonra parlament və Ümumbelarus məclisinə yeni seçkilər keçiriləcək. Bu zaman o, növbədənkənar prezident seçkilərinin keçiriləcəyini də istisna etməyib. Dövlət başçısı deyib ki, seçkilər əgər “prezident qərar verərsə”, ya da əsas qanununun keçici müddəalarında Belarus prezidentinin seçilməsi üçün başqa müddətlər göstərilərsə, keçirilə bilər. Lukaşenko yeni konstitusiyanın qəbulunun əhəmiyyətini daha əvvəl izah edib. O, bildirib ki, dəyişikliklərin mahiyyəti səlahiyyətlərin bölüşdürülməsi və yeni hakimiyyət strukturunun yaradılmasıdır. Dəyişikliklər qəbul edilərsə, parlament və hökumətin rolu artacaq,...
Seçilmiş Videolar