Reuters
"Biz Rusiyaya açıq və cəsarətlə Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyimizi bildirdik. Amma biz bu şouya qarışmaq fikrində deyilik. Rusiya ilə münasibətlər bütün müstəvilərdə davam edir".
Türkiyə mətbuatının məlumatına görə, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bundan əvvəl də Türkiyə hakimiyyəti Ukraynadakı vəziyyətin nizamlanması üçün dəfələrlə təkliflər verib. İstanbul Moskva və Kiyev nümayəndə heyətlərinin üzbəüz görüşlərinin keçirildiyi məkanlardan birinə çevrilib.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Prezident Vladimir Putin bildirib ki, Moskvanın məqsədi Donbasda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbçiləri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir, mülki əhali zərər görməyib.
Hərbi əməliyyatların başlamasında 2 gün öncə, fevralın 22-də isə Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları "Donbas və Luqansk Xalq Respublikalarını" tanıdığını bəyan edib.
Ukrayna və Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Qərb ölkələrində Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun da adı var.
Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb