Açıq mənbələrdən götürülüb
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Yunanıstanla müharibəyə başlamaq fikrində olmadıqlarını bildirib.
"Anadolu" agentliyinin məlumatına görə, Ərdoğan münaqişə ehtimalını dəyərləndirib və deyib ki, Ankara Yunanıstanla müharibəyə başlamağı planlaşdırmır.
Bununla belə, dövlət başçısı Afinanın “sözlərinin arxasında durmadığına” işarə edərək, ölkəsinin hava məkanının 147 dəfə pozulduğunu xatırladıb.
“Qonşuluqda necə yaşayacağıq? Nə etməliyik? Bu işdə mənim Hərbi Hava Qüvvələrim məsuldur. Hərbi Hava Qüvvələri cavab verməsə, vətəndaşlarım nə deyəcək? Hərbi Hava Qüvvələrimizin nə iş gördüyünü soruşacaqlar?" - prezident sual edib və deyib ki, bir çox ölkələr Türkiyə və Yunanıstanı barışdırmağa çalışır, amma Ankara hələlik belə bir ssenarini nəzərdən keçirmir.
Mayın sonunda Ərdoğan Afinaya ölkəsinə qarşı qeyri-dost münasibətin yolverilməzliyi barədə xəbərdarlıq etmişdi. Ankara Yunanıstanın Türkiyə yaxınlığındakı adaları silahlandırdığını bildirir və lazım gələrsə, qarşı tərəfə cavab verəcəyinı bəyan edir.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir