Dünya

Erməni etirazçılar baş naziri sıxışdırmaq üçün hökumət binalarına girişi bağlayıblar

14 May, 2022
50

Cümə günü Ermənistanın paytaxtı Yerevanda baş nazirin istefası tələbilə növbəti etiraz dalğası zamanı minlərlə nümayişçi hökumət binalarına girişi bağlayıb.

Xəbəri "Reuters" yayıb. 

Bildirilir ki, Nikol Paşinyan 2020-ci ildə altıhəftəlik müharibədə Ermənistanı məğlub edən Azərbaycanla münasibətlərin normallaşmasına yaxınlaşdıqdan sonra ona təzyiqlər artıb.

İğtişaşlar həm də Rusiyanın Ukraynadakı müharibəsilə üst-üstə düşür ki, bu da onun keçmiş sovet qonşularını öz təhlükəsizliklərinə və Moskva ilə münasibətlərinə yenidən baxmağa sövq edir.

Paşinyan bildirib ki, beynəlxalq birlik Yerevanın mübahisəli Dağlıq Qarabağla bağlı iddialarında “tələbləri azaltmasını” istəyir. Bundan sonra həftələrdir ki, Ermənistanda etirazlar davam edir.

"YouTube"da yerləşdirilən videoda görünür ki,  müxalifətçilərin rəhbərlik etdiyi etirazçılar Ermənistanın üçrəngli bayrağını dalğalandırır və hökumət əleyhinə şüarlar səsləndirir, polis dəstələri isə binaları qoruyur.

“Biz bununla göstəririk ki, ölkədə Nikolun (Paşinyan) hakimiyyəti yoxdur”, - TASS informasiya agentliyi Ermənistan Milli Məclisinin vitse-spikeri İşxan Saqatelyandan sitat gətirib.

Paşinyanın Dağlıq Qarabağa dair şərhləri Azərbaycan prezidentinin tezliklə sülh danışıqlarının aparılmasına hazır olduğunu, lakin Yerevanın onun ölkəsinə qarşı istənilən ərazi iddialarından əl çəkməli olduğunu söyləməsindən sonra səslənib.

Dağlıq Qarabağ anklavı beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır, lakin 2020-ci ildə altıhəftəlik müharibədə Azərbaycana məğlub olana qədər etnik ermənilərlə məskunlaşıb və tamamilə onların nəzarətdə olub.

Rusiyanın digər keçmiş sovet ölkəsi olan Ukraynaya təcavüzü ilə Ermənistan üzləşə biləcəyi xarici təhlükələri azaltmaq üçün öz qonşuları ilə münasibətlərini yenidən düşünməyə başlayıb.

“Müharibə Moskvanın bütün tərəfdaşlarını öz münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur etdi”, - Londonda “Chatham House”un “Rusiya və Avrasiya” proqramının elmi əməkdaşı Lourens Broers deyib.  

“Ermənistanda ehtiyat edirlər ki, ən pis halda ölkə Rusiya ilə hansısa müttəfiqlik dövləti münasibətinə məcbur edilə bilər və buna görə də Ermənistan dövlətçiliyinin özü sual altındadır”.

Hazırda Ermənistan  ölkənin şimal-qərbində hərbi baza saxlayan və 2020-ci ildə hərbi əməliyyatlara son qoyan razılaşmaya əsasən Dağlıq Qarabağa sülhməramlılar göndərən Rusiyanın yaxın müttəfiqidir.

Paşinyan Dağlıq Qarabağdakı etnik ermənilərlə məsləhətləşmədən Azərbaycanla sülh sazişini imzalamayacağına təkid edib.

Dünya

Peskov: Dost olmayan ölkələri düşmən adlandırmağın vaxtı çatıb

17 May 2022

Reuters

Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı düşmən dövlətə çevrilib. “TASS” xəbər verir ki, bunu mayın 17-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, artıq dost olmayan ölkələri düşmən adlandırmağın vaxtı çatıb: “Bəli, biz hələ də yumşaq şəkildə onları dost olmayan dövlətlər adlandırırıq. Mən deyərdim ki, bunlar artıq düşmən dövlətlərdir, çünki onların etdiklərinin bir adı var - müharibə”. Peskov çıxışı zamanı onu da qeyd edib ki, dövlət öz maraqlarını müdafiə edərkən bütövlük nümayiş etdirməyəndə suverenliyini itirir. Mart ayında rəsmi Moskva Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı yönəlmiş dövlətlərin siyahısını əks etdirən fərman imzalayıb. Təsdiq edilmiş siyahıya ABŞ, Kanada və Avropa...
Dünya

İsveç 200 illik neytrallıq siyasətini pozaraq NATO-ya müraciət edib

17 May 2022

EPA/EFE

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzv olması üçün ərizə imzalayıb. Məlumatı mayın 17-də İsveçin ictimai yayım şirkəti “Sveriges Television” yayıb. Mayın 16-da İsveç hökuməti alyansa üzvlüklə bağlı yekun qərarını açıqlayıb. Beləliklə, o, 200 il davam edən neytral ölkə siyasətinə son qoyub. Baş nazir Magdalena Anderson “Ölkənin üzvlüklə gələn təhlükəsizlik zəmanətlərinə ehtiyacı var" deyib. Baş nazir bu qərarı təhlükəsizlik siyasətində tarixi dəyişiklik adlandırıb. Sözügedən qərar Rusiyanın Ukraynaya müdaxiləsi fonunda verilib. Üzvlük ərizəsi bütün NATO ölkələri tərəfindən təsdiqlənməlidir. Əvvəllər bunun daha operativ şəkildə baş tutacağı güman edilirdi. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu qərarın “əleyhinə” səs verəcəyini...

Seçilmiş Videolar

Toplum TV loqo