Dünya

Erməni komandir Azərbaycana casusluq ittihamıyla həbs edildi

7 İyun, 2021
594

Mil.am

Ermənistanda "Nöqsansız xidmətə görə" və "Hərbi əməliyyatlarda iştiraka görə" medalları ilə təltif olunmuş keçmiş hərbi qulluqçu dövlətə xəyanət və Azərbaycanın xeyrinə casusluq ittihamları ilə həbs edilib. 

Bu barədə iyunun 7-də "Novosti-Armeniya" məlumat verib. 

Milli Təhlükəsizlik Xidmətinin (MTX) açıqlamasında bildirilir ki, təqsirləndirilən şəxs digərləriylə birgə Türkiyəyə səfər edib və orada pul müqabilində informasiya ötürmək barədə təklif alıb. Hərbi qulluqçunu sonradan üçüncü ölkədəki Azərbaycan səfirliyinə getdiyi və burada Ermənistanın zərərinə fəaliyyət göstərəcəyi barədə razılığa gəldiyi iddia edilir. 

MTX-nin açıqlamasına görə, cinayətkarlar hərbi hissələrin və texnikanın şəkillərini çəkiblər və Ermənistanda dislokasiya olunmuş Hava Hücumundan Müdafiə sistemini öyrəniblər. İddia edilir ki, müharibə dövründə onlar hərəkət edən qüvvələrin kameraya çəkiblər. Və bunlar xüsusi tətbiq vasitəsiylə Azərbaycan tərəfə ötürülüb. 

Həmçinin hərbi qulluqçunun müharibə dövründə Hadrutda bölmə komandiri olduğu və onun ötürdüyü dəqiq informasiyalardan Bakının yararlandığı bildirilir.
 

Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Ria.ru

Gorusun seçki məntəqələrində əsgərlərə səsvermə ilə bağlı təlimat verilir. Bu haqda “News.am”-a şəhərin meri Aruş Aruşanyan deyib. “Çox sayda qanun pozuntusu var. Bizim yerlərdəki etibarlı şəxslərimiz güclüdürlər. Kimsə qanun pozuntusuna yol vermir, yerindəcə onları qeqdiyyata alır və buna imkan vermirlər”, - Aruşanyan deyib. Ermənistanda hərbi qullquçuların kütləvi şəkildə məcburi səs verməyə aparılması haqda sosial mediada da məlumatlar və bəzi görüntülər yayılıb. Ermənistan Müdafiə Nazirliyi mətbuatda və sosial şəbəkələrdə hərbi heyətin zorla səs verməsi barədə yayılan məlumatları təkzib edir. Nazirlik hərbçilərin seçki məntəqələrinə qrup halında aparılmasını daşınma prosesinin koordinasiyalı həyata keçirilməsi ilə izah edib. “Yayılan görüntülərdə seçki məntəqələrindəki hərbi qulluqçular çəkilib...
Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Seçilmiş Videolar