Açıq mənbələrdən götürülüb
Ermənistan Prezidenti Armen Sarkisyan ölkəsinin İsraildəki səfiri Armen Smbatyanın geri çağırılması barədə sərəncam imzalayıb.
Bu barədə avqustun 12-də "Novosti-Armeniya" məlumat yayıb.
Bu ilin aprelində A. Smbatyan barəsində cinayət işi başlanılıb və ona qarşı ittiham irəli sürülüb.
Səfir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, keçmiş nazir Asmik Poqosyanla cinayət əlaqəsinə girməklə çirkli pulların yuyulmasında ittiham olunurdu.
A. Smbatyan həbs olunmamaq üçün 40 min ABŞ dolları həcmində girov qoyduğundan hələlik barəsində həbs qətimkan tədbiri seçilməyib.
A.Poqosyan barəsində isə axtarış elan edilib.
Ermənistanın İsraildəki səfirliyi 2019-cu ilin sentyabrında açılıb.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”