Dünya

Ermənistan parlamenti Paşinyanı baş nazir seçmədi

3 May, 2021
97

PBS

Səsmermə prosesi parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi məqsədilə həyata keçirilib. 

"Novosti-Armeniya"-nın məlumatına görə, Ermənistan parlamenti bazar ertəsi baş tutan xüsusi iclasında yeganə namizəd olan Nikol Paşinyanı respublikanın baş naziri vəzifəsinə seçməyib. Səsvermə zamanı cəmi bir nəfər lehinə, 3 nəfər əleyhinə səs verib, 75 nəfər isə səs verməkdən imtina edib. 

Siyasi çoxluq olan "Mənim addımım" fraksiyası səsvermədən uzaq durub, müxalif "Çiçəklənən Ermənistan" fraksiyası iclasda iştirak etməyib, daha bir müxalif "Ziyalı Ermənistan" fraksiyası isə əleyhinə səs verib. 

Səsvermə razılaşdırılmış ssenari üzrə keçirilib: Paşinyan indi baş nazir seçilmir, üç həftə keçəndən sonra parlament buraxılır və növbədənkənar seçkilər təyin olunur. 

Parlament buraxıldıqdan sonra prezident növbədənkənar seçkilərin tarixini elan edəcək. Seçkilərin 20 iyunda baş tutacağı gözlənilir. 

Bundan əvvəl hakimiyyətlə müxalifət arasında növbədənkənar seçkilərin keçirilməsi barədə razılıq əldə edilib. Paşinyan bugünkü açıqlamasında bildirib ki, əgər müxalifət razılaşmanı pozaraq başqa namizəd irəli sürsə, onda "Mənim addımım" fraksiyası dərhal onu baş nazir seçəcək. Beləliklə də (20 iyuna təyin olunan) növbədənkənar seçkilər məsələsi bağlanmış olacaq. 
 

Dünya

BMT Təhlükəsizlik Şurası Qüds məsələsində razılığa gələ bilmir

17 May 2021

Sosial Media

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi barədə bəyanatını üçüncü dəfə razılaşdıra bilməyib.  Bu barədə mayın 17-də “The Times of Israel” diplomatik mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin vahid nəticəyə gəlməməsinə səbəb ABŞ-ın mövqeyi olub. Diplomatların sözlərinə görə, Birləşmiş Ştatların təmsilçiləri özlərinin “diplomatik səyləri üçün bir qədər vaxt” istəyiblər.  Məlumata görə, məsələ ətrafında danışıqlar hələ davam edir. Fələstinə bağlı təşkilatlar mayın 10-dan başlayaraq İsraili güclü raket atəşinə tuturlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min hərbçisini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib.  Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan...
Dünya

Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

17 May 2021

Sputnik

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib.  Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib.  "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir...
Seçilmiş Videolar