Dünya

Ermənistan parlamentində baş nazir seçkiləri üçün səsvermə keçiriləcək

3 May, 2021
111

Açıq mənbələrdən götürülüb


Ermənistan parlamentinin bugünkü xüsusi iclasında yeni baş nazirin seçilməsi məsələsinə baxacaq. 

TASS-ın mayın 3-də verdiyi xəbərə görə, həmin vəzifəni icra edən Nikol Paşinyan əvvəlki açıqlamasında bildirmişdi ki, deputatlar siyasi razılaşmanı nəzərə alaraq iclasda yeni baş naziri seçməyəcəklər, bununla da növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hüquqi əsas yaranacaq.

“Mənim addımım” fraksiyası parlamentin reqlamentinə əsasən, baş nazir postuna Nikol Paşinyanın namizədliyini irəli sürüb. Bu proses parlamentin buraxılması və iyunda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün zəruridir”, - Paşinyanın siyasi blokunun bəyanatında deyilir. 

Baş nazir yeni seçkilərin keçirilməsi  üçün aprelin 25-də istefaya gedib. Bununla belə, o, seçkilərə qədər baş nazirin səlahiyyətlərini yerinə yetirəcək.  

Müxalifdəki “Ziyalı Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyaları baş nazir postuna namizəd irəli sürməyəcəklərini bildiriblər. Əgər deputatlar mayın 3-də və sonrakı 7 gün ərzində yeni baş nazir seçməsələr, qanuna görə parlament buraxılır və prezident növbədənkənar parlament seçkilərinin tarixini müəyyən edir. Həmin tarix çox güman ki, iyunun 20-i olacaq.

Ermənistanın əsas siyasi qüvvələri növbədənkənar seçkilərdə iştirak edəcəklərini bildiriblər. Ekspertlərin fikrincə, “Mənim addımım”ın əsas rəqibləri keçmiş prezidentlər Robert Köçəryanın və Serj Sarqsyanın blokları olacaq.

Dünya

BMT Təhlükəsizlik Şurası Qüds məsələsində razılığa gələ bilmir

17 May 2021

Sosial Media

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi barədə bəyanatını üçüncü dəfə razılaşdıra bilməyib.  Bu barədə mayın 17-də “The Times of Israel” diplomatik mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin vahid nəticəyə gəlməməsinə səbəb ABŞ-ın mövqeyi olub. Diplomatların sözlərinə görə, Birləşmiş Ştatların təmsilçiləri özlərinin “diplomatik səyləri üçün bir qədər vaxt” istəyiblər.  Məlumata görə, məsələ ətrafında danışıqlar hələ davam edir. Fələstinə bağlı təşkilatlar mayın 10-dan başlayaraq İsraili güclü raket atəşinə tuturlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min hərbçisini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib.  Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan...
Dünya

Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

17 May 2021

Sputnik

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib.  Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib.  "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir...
Seçilmiş Videolar