Dünya

Ermənistan Qarabağ müharibəsini nəzərə alaraq ordunu yenidən silahlandırır

22 Fevral, 2021
67

Sputnik

"Qarabağda döyüş əməliyyatlarından sonra Ermənistan orduda islahat aparır, ordunun say tərkibini optimallaşdırır, yeni silah və hərbi texnika sistemlərinə keçir". 

Bu barədə ölkənin müdafiə naziri Vaqarşak Arutyunyan fevralın 22-də RİA-ya müsahibəsində bildirib.

"Bu prosesə bilavasitə rusiyalı həmkarlarımız da cəlb olunublar", - Arutyunyan deyib.

"Qarabağda baş verən döyüş təcrübəsini və məlum hadisələri nəzərə alaraq, döyüş komponentinin artırılması vasitəsilə hərbi və say tərkibi məsələsinin optimallaşdırılması, prioritet istiqamətlər üzrə yeni silah kompleksi və sistemlərilə yenidən silahlanma, kadr potensialının saxlanması, zabitlərin, dövlət qulluqçularının və hərbi qulluqçuların müqavilə üzrə komplektləşmə səviyyəsinin artırılması məsələlərinə kardinal şəkildə yenidən baxacağıq", - Arutyunyan qeyd edib.

Əsas səylər idarəetmə, kəşfiyyat, radioelektron mübarizə, HHM və pilotsuz aviasiya, raket qoşunları və artilleriya sistemlərinin inkişafına yönəldiləcək.

Yanvarın 25-30-da RF Müdafiə Nazirliyinin nümayəndə heyəti Ermənistan SQ-nin islahatı və modernləşdirilməsi məsələlərinə yardım göstərilməsi məqsədilə Ermənistanda olub.

"Birgə işin yekunlarına görə, Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi çərçivəsində gələcək fəaliyyət və tədbirlərə dair tövsiyələr hazırlanıb, hərbi-texniki tərəfə ciddi diqqət yönəldilib", - nazir qeyd edib.

Ermənistanda Rusiyanın ikinci hərbi bazasının yerləşdirilməsi ideyasını şərh edən nazir deyib ki, buna ehtiyac yoxdur. Eyni zamanda, Yerevan və Moskva Rusiyanın 102-ci hərbi bazasının müəyyən hərbi birləşməsinin Ermənistanın şərqində yerləşməsinin mümkünlüyünə dair məsələnin üzərində işləyirlər, o qeyd edib.

"Yəqin ki, Rusiyanın hərbi bazasının tərkibindən (onun genişlənməsini nəzərə alaraq) hər hansı hərbi birləşmənin Ermənistanın şərq istiqamətinə köçürülməsinin mümkünlüyündən danışmaq daha doğru olardı və bu kontekstdə məsələnin üzərində müvafiq birgə iş aparılır",-nazir deyib.

Bundan əlavə, onun sözlərinə görə, Ermənistanda olan Rusiya sərhədçilərə əlavə funksiyalar həvalə edilib. "Həqiqətən Rusiya sərhədçilərinin üzərinə Ermənistan Respublikasının Azərbaycan ilə sərhəddinin qorunmasının və təhlükəsizliyinin təmin edilməsi üzrə əlavə funksiyalar qoyulub.

1995-ci il tarixli dövlətlərarası müqaviləyə əsasən Ermənistanın Gümrüdə Şirak vilayətində Rusiyanın hərbi bazası yerləşir. 2010-cu ildə sənədə dəyişiklik edilib və buna uyğun olaraq onun qalma müddəti əvvəlki 25 ildən 49 ilədək, 2044-cü ilə qədər uzadılıb ("Turan").

Dünya

Rusiya Qərbə səsləndi: "Odla oynamamağa çağırırıq"

 

3 Mart 2021

Sosial media

ABŞ və Avropa Birliyi müxalif lider Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsinə görə Rusiyaya qarşı birgə sanksiyalar tətbiq edib.  "Currentime.tv"-nin martın 3-də verdiyi məlumata görə, ABŞ sanksiyaları Rusiya Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikova, prezident administrasiyasının daxili siyasət idarəsinin rəisi Andrey Yarinə, baş prokuror İqor Krasnova, Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikova, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popova, həmçinin prezident administrasiyası başçısının birinci müavini Sergey Kiriyenkoya tətbiq edib. Bildirilir ki, Qərbin sanksiyalarına həmçinin Rusiya ilə əlaqədar olan şirkətlər və elmi-tədqiqat institutları da məruz qalıb. Bunlara "Ximmed", "Femteko", "İnterlab", "Labinvest", "Analitik prodakts", "İnteks avadanlıqları", "Rau farm", "Regionsnab" və...
Dünya

Yunanıstanda güclü zəlzələ baş verib

3 Mart 2021

sosial media

Yunanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə martın 3-də "Anadolu" agentliyi məlumat verib. Məlumata görə, saat 13:16-da baş verən zəlzələnin episentri Yunanıstanın Saloniki şəhərindən 120 km cənub-şərqdə, Elasson şəhəri yaxınlığında qeydə alınıb. Məsələ ilə əlaqədar açıqlama verən Elasson şəhərinin meri Nikas Qatas deyib ki, ilkin məlumata görə, itki yoxdur. Hazırda dəyən ziyanın araşdırıldığı bildirilir.
Seçilmiş Videolar