Dünya

Ermənistan Təbrizdə Baş konsulluq açmaq istəyir

21 Oktyabr, 2022
709

Novosti-Armeniya

Ermənistanın Sünik rayonunda (Qafan) İran İslam Respublikasının baş konsulluğu açılıb.

"Novosti-Armeniya"nın məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Qafandakı yeni baş konsulu Mortez Abedin Varamin açılış mərasimində iştirak ediblər.

"Qafanlılara məsləhət görürəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq", - Varamin "NEWS.am"-ın müxbirinə müsahibəsində bildirib və əlavə edib:

"Cənab Ararat Mirzoyanın dəvəti ilə xarici işlər nazirimizin Ermənistana səfəri onun iştirakı ilə baş konsulluğu açmaq üçün yaxşı fürsət oldu. Beləliklə, biz bazar ertəsi işə başlayacağıq. Amma konsulluq praktiki olaraq gələn həftə işə başlayacaq".

https://toplum.tv/siyaset/ermeni-milyarder-qarabag-ermenilerinin-basina-getirilir

Bu arada məlum olub ki, Ermənistan da Təbrizdə baş konsulluq açmaq istəyir. 

Ermənistan parlamentinin sədri Alen Simonyan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşdə bu barədə danışıb.

O, Qafanda İran Baş konsulluğunun yaradılmasını iki ölkə münasibətlərində dönüş nöqtəsi adlandırıb və Ermənistanın Təbrizdə Baş konsulluq yaratmağa hazır olduğunu bəyan edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə açıqlamasında deyib ki, İran Ermənistanın təhlükəsizliyini öz  təhlükəsizliyi hesab edir. 

"Bizim siyasətimiz ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməkdir", - deyə Abdullahiyan çıxışında vurğulayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Ukrayna İrana sanksiyalar qoymağa hazırlaşır

Toplum TV
29 May 2023

PBS

Ukrayna Prezidenti Volodimir Zelenski parlamantə İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqinə dair qətnamə layihəsi təqdim edib.  Toplum TV "Radio Svoboda"-ya istinadən xəbər verir ki, sənədə əsasən, sanksiyalara digər məsələlərlə yanaşı, ticarət əməliyyatlarına tam qadağa qoyulması, resursların tranzitinin dayandırılması və Ukrayna ərazisində İran sakinlərinin kapitalının bloklanması daxildir. https://toplum.tv/dunya/pavropa-ittifaqi-oumllkeleri-rusiyanin-200-milyard-avroluq-aktivlerini-dondurubp Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenkonun sözlərinə görə, sanksiyaların tətbiqinə səbəb Tehranın Moskvaya göstərdiyi hərbi yardımdır. Kiyev Tehranı Rusiyanı Ukraynanın kritik infrastrukturuna hücum üçün istifadə olunan silahlarla, xüsusən də "Şahed" dronları ilə təchiz etməkdə ittiham edir. Tehran isə iddia edir ki, Rusiyaya az sayda pilotsuz təyyarələr verib, amma bu, müharibə başlamazdan əvvəl olub. ...
Dünya

Ərdoğanın qələbəsindən sonra lirə rekord həddə düşüb

Toplum TV
29 May 2023

Açıq mənbələrdən götürülüb

Türkiyədə prezident seçkililərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qələbəsi rəsmiləşəndən sonra lirə dollar qarşısında rekord həddə ucuzlaşıb.  Toplum TV CNBC-yə istinadən xəbər verir ki, valyuta bu gün, mayın 29-u yerli vaxtla səhər saat 11:00 radələrində ABŞ dolları qarşısında qısa müddət ərzində 20 həddini keçərək ötən həftənin rekordunu təzələyib.  Dünyanın aparıcı maliyyə xidməti şirkəti "Wells Fargo"-nun valyuta strateqi Brendan Makkenna CNBC-yə açıqlamasında deyib ki, Ərdoğanın yenidən prezident seçilməsi nəticəsində türk lirəsi ilə bağlı bədbin proqnozlar artır.  https://toplum.tv/dunya/pkiliccedildaroglu-bu-tariximizin-en-edaletsiz-seccedilki-doumlvruuml-idip McKenna lirənin ikinci rübün sonuna kimi dollara nisbətdə 23-ə, gələn ilin əvvəlində isə 25-ə çataraq ən aşağı səviyyəyə düşəcəyini proqnozlaşdırır. Son beş ildə lirə...

Seçilmiş Videolar

Toplum TV loqo