Dünya

Ermənistan Türkiyə ilə danışıqlar aparmır

13 Sentyabr, 2021
85

Sputnik

“Hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün heç bir danışıq aparılmır”.

Bu barədə məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi "Azatutyun" radiosunun sorğusuna cavabında bildirib. 

“Türk və erməni diplomatlar arasında təmaslar beynəlxalq gündəmdə olan müxtəlif məsələlərin çoxtərəfli müzakirələrində iştirakla məhdudlaşır”, - deyə XİN-in məlumatında qeyd olunub.

Bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyə ilə danışıqlara hazır olduğunu bəyan etmişdi. 

"Türkiyə prezidenti açıq şəkildə Ermənistanla münasibətlərə toxunub. Biz bu bəyanatlarda erməni-türk əlaqələrinin normallaşması, Ermənistan-Türkiyə dəmir yolunun bərpasından danışmaq kimi bir imkan görürürük. Biz bu cür danışıqlara hazırıq", - deyə Paşinyan açıqlamasında bildirmişdi. 

Dünya

ABŞ, Avstraliya, Yaponiya və Hindistan yeni ittifaq yaradıb

25 Sentyabr 2021

Rəsmi səhifə

ABŞ, Avstraliya, Yaponiya və Hindistan “Dördlük” (“Quad”) yaradılması barədə razılıq əldə edib. “Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skot Morrison bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Suğa Yosihide və özü arasında Hind-Sakit okeanı bölgəsində “Çini sabitləşdirmək üçün” “Dördlük” (“Quad”) adlı formatı qəbul edənlərin Vaşinqtonda ilk görüşü keçirilib: “Dördlük” Çin, yaxud hər hansı bir ölkə üçün ortaqlıqdır. Bu, Hind-Sakit okean regionundakı xalqların rifahını yüksəltmək üçün müsbət təşəbbüsdür”. Ağ Evin Şərq Otağında bir araya gələn 4 lider koronavirusa qarşı mübarizə, yeni texnologiyalar, regional infrastruktur, təmiz enerji, iqlim dəyişikliyi, habelə regional...
Dünya

Tramp seçici bəyənməsinə görə Baydeni üstələyib

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp sentyabrın nəticələrinə əsasən indiki Prezident Co Baydeni seçicilərin bəyənməsində qabaqlayır.  Bu barədə "The Hill" nəşri Harvard Mərkəzinin sorğu nəticələrinə istinadən xəbər verir. Sorğu nəticələrinə görə, Birləşmiş Ştatların keçmiş prezidentini seçicilərin 48 faizi, indikini isə 46 faizi dəstəkləyir. Respondentlərin 51 faizi Trampın Baydendən yaxşı prezident olduğunu düşünürlər.  "The Hill" qeyd edir ki, indiki prezidentin reytinqi koronavirus yoluxmalarının artması və Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda azalır. İyulda Baydenin reytinqi 52% təşkil edirdi, bu da bir ay əvvəl ilə müqayisədə 10% az idi. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ilə Baydenin reytinqi 46 faizə düşüb.  Avqustun 13-də keçirilən analoji sorğuda...
Seçilmiş Videolar