Dünya

Ermənistan Türkiyəylə münasibətlərin normallaşması üçün Rusiyadan kömək istəyib 

25 Noyabr, 2021
377

Rəsmi səhifə

Mariya Zaxarova

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir, o, bu məsələdə vasitəçilik etməsi üçün Rusiyaya müraciət edib. 

"RIA Novosti"-nin noyabrın 25-də verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib. 

O bildirib ki, ölkəsi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında maraqlıdır və dəfələrlə bu barədə bəyan edib. 

"Rusiya hətta iki ölkənin münasibətlərinin normallaşması prosesi üçün çalışıb. Biz bundan sonra da yardım etməyə hazırıq. Bu prosesə başlanılması şübhəsiz ki, bütün regionda cəmiyyətin sağlamlaşmasına və mehriban qonşuluq, etimad mühitinin formalaşmasına töhfə verərdi. Hazırda bu məsələ xüsusilə aktualdır”, - deyə Zaxarova vurğulayıb.

XİN sözçüyü keçirdiyi brifinq əsnasında sabah, noyabrın 26-da Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək görüş barədə də şərh verib. 

Onun sözlərinə görə,  Rusiya Cənubi Qafqaz regionunda əmin-amanlığın möhkəmlənməsi və dinc həyatın qurulması istiqamətində addımların atılması üçün əlindən gələni edir: "Hazırda əsas diqqət regionda ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına yönəlib".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo