news.am
Bu gün saat 18:00-da Ermənistanın paytaxtı Yerevanda “Vətənin qurtuluşu uğrunda” hərəkat kütləvi itaətsizlik aksiyası keçirəcək.
"News.am"-ın məlumatına görə, bu barədə “Vətənin qurtuluşu uğrunda” hərəkatının koordinatoru və Daşnaksütyun partiyasının rəsmisi İşxan Saqatelyan bildirib.
Məlumata görə, aksiyada etirazçılar baş nazir Nikol Paşinyan və onun hökumətinin istefa verməsini tələb edəcəklər.
"Bu aksiya bizim digər ləyaqət aksiyalarımızdan fərqlənəcək, çünki bu, itaətsizlik aksiyası olacaq. Bazar ertəsindən etibarən paytaxtda, sonra regionlarda, hətta ən ucqar kəndlərdə də fasiləsiz aksiyalar keçiriləcək. Biz tələsmədən və uzatmadan nazirlər kabinetindən canımızı qurtaracağıq", - deyə Saqatelyan bildirib.
Ermənistanda Nikol Paşinyan istefasını tələb edən sonuncu kütləvi aksiya fevralın 20-də keçirilib.
Radio Azatutyun
Pfizer
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”