Ermənistanda "Vətənin Qurtuluşu Hərəkat"ının lideri Vazgen Manukyana qarşı cinayət işi başladılıb. Buna səbəb onun 20 fevral mitinqində lazım gələrsə, mövcud hökumətin zor gücünə devrilməsinə dair səsləndirdiyi fikirlərdir.
"News.am”-ın fevralın 22-də verdiyi xəbərə görə, məsələ ilə əlaqədar açıqlama verən Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan deyib ki, Manukyan hakimiyyətin zor yolu ilə ələ keçirilməsinə, ərazi bütövlüyünün pozulmasına və Ermənistan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış etməkdə ittiham olunur.
Məlumata görə, fevralın 20-də Yerevanda Azadlıq meydanında keçirilən mitinqdə Manukyan ölkədə hakimiyyətin dəyişdirilməsi üçün baş nazir Nikol Paşinyanın dayaqlarını sarsıtmağa dair çağırış edib. O, hakim “Mənim addımım” parlament fraksiyasının strukturlarına və deputatlarına kütləvi təzyiqlər etməyin vacibliyini vurğulayıb. Manukyan deyib ki, əgər “A” planı uğur qazanmazsa, “B” planını işə salıb hakimiyyəti təcili sürətdə ələ keçirmək lazımdır.
1990-cı illərin əvvəllərində Ermənistanda müdafizə naziri postunu tutmuş Vazgen Manukyan “Vətənin Qurtuluşu Hərəkat”ının Ermənistanın baş naziri postuna vahid namizədidir.
BBC
Panorama.am
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”