Açıq mənbələrdən götürülüb
Anti-Rusiya mitinqi
Ermənistan polisi Yerevanda Rusiya əleyhinə keçirilən aksiyanın dörd iştirakçısını saxlayıb
Toplum Tv "RIA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.
Qeyd olunur ki, aksiya iştirakçıları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin keçirildiyi yerin yaxınlığında saxlanılıb. Onlar hakimiyyətin qanuni tələblərinə tabe olmamaqda ittiham olunurlar.
"Sputnik Ermənistan" xəbər verir ki, saxlanılanlardan biri Ermənistan Avropa Partiyasının lideri Tiqran Xzmalyandır.
Noyabrın 23-də Yerevanda KTMT-nin sammiti işə başlayıb. Sammitdə Rusiya Prezidenti Vladimir Putin daxil olmaqla KTMT üzvü ölkələrin dövlət başçıları iştirak edir.
Ermənistan 2022-ci ilin yanvarından etibarən KTMT-yə sədrlik edir. Növbəti estafet Belarusa keçəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb