Dünya

Ermənistanın dövlət borcu artmaqda davam edir

25 Noyabr, 2021
66

Açıq mənbələrdən götürülüb

Yerevan

Ermənistan hökumətinin nikbin bəyanatlarına baxmayaraq, Ermənistanın dövlət borcu artmaqda davam edir. 

"News.am" xəbər verir ki, təkcə bu ilin 10 ayı ərzində dövlət borcu 1,2 milyard dollar və ya 15,6% artaraq 9,2 milyard dollara çatıb.

“Bir tərəfdən Dövlət Gəlirləri Komitəsi misilsiz vergi yığımları barədə məlumat verir, digər tərəfdən isə hökumət yüksək sürətlə borc yığır. Bu, o deməkdir ki, bu il ikirəqəmli iqtisadi artım əvəzinə, ikirəqəmli borc yaranacaq”, - xəbərdə qeyd olunur.

Portalın iddiasına görə, həmin dövrdə təkcə xarici borc deyil, daxili borc da artıb. 2021-ci ilin yanvar-oktyabr aylarında Ermənistanın xarici borcu 647,4 milyon dollar (10,6%), daxili borcu isə 593,4 (31%) milyon dollar artıb. 

Ermənistan əhalisinin 2 966,8 olduğunu nəzərə alınsa, adambaşına düşən borc 3104 dollar təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 418 dollar və ya 15,6% çoxdur.

"News.am" portalı iddia edir ki, problem dövlət borcunun həcmində yox, onun effektli xərclənməsindədir: “Borcun və ümumi daxili məhsulun artım dinamikasındakı fərqlər narahat edir. İqtisadiyyatın 4,4% artdığı halda, dövlət borcu 15,6% artıb. Bu rəqəmlər göstərir ki, dövlət borcunun artımı iqtisadiyyatın artımına və inkişafına səbəb olmayıb, bu da gələcək nəsillər üzərində əlavə yük olacaq”.

Dünya

Avropa Birliyi Belarusa qarşı sanksiyaları təsdiq etdi

2 Dekabr 2021

Rəsmi səhifə

Avropa Birliyinə üzv-ölkələrin daimi nümayəndələri komitəsinin (COREPER) iclasında Lukaşenko rejiminə qarşı sanksiyaların beşinci paketi razılaşdırılıb. Bu barədə "RİA Novosti" xəbər verir.  Qərara əsasən, yeni məhdudiyyətlər imzalanandan və ictimailəşəndən sonra qüvvəyə minəcək. Sanksiyaların AB-nin rəsmi jurnalında bu gün, dekabrın 2-də dərc olunacağı gözlənilir. Yeni sanksiya siyahısına Belarusun 17 rəsmi şəxsi və 11 təşkilatı daxil edilib. Daha əvvəl məlum olmuşdu ki, yeni sanksiyalar AB sərhədlərində miqrasiya böhranını təşkil edən və ya ona yardım edən fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına tətbiq ediləcək. Artıq məlumdur ki, Dövlət Sərhəd Xidmətinin sədri Anatoli Lapko, Qrodno sərhəd dəstəsinin rəisi Konstantin Molostov, DİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz...
Dünya

Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər

2 Dekabr 2021

Spiegel

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun yeni konstitusiyasının qəbulundan sonra növbədənkənar prezident seçkiləri ehtimalını dəyərləndirib.  O, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb. Lukaşenko bildirib ki, Belarus konstitusiyasına dəyişikliklər haqqında referendumdan sonra parlament və Ümumbelarus məclisinə yeni seçkilər keçiriləcək. Bu zaman o, növbədənkənar prezident seçkilərinin keçiriləcəyini də istisna etməyib. Dövlət başçısı deyib ki, seçkilər əgər “prezident qərar verərsə”, ya da əsas qanununun keçici müddəalarında Belarus prezidentinin seçilməsi üçün başqa müddətlər göstərilərsə, keçirilə bilər. Lukaşenko yeni konstitusiyanın qəbulunun əhəmiyyətini daha əvvəl izah edib. O, bildirib ki, dəyişikliklərin mahiyyəti səlahiyyətlərin bölüşdürülməsi və yeni hakimiyyət strukturunun yaradılmasıdır. Dəyişikliklər qəbul edilərsə, parlament və hökumətin rolu artacaq,...
Seçilmiş Videolar