Dünya

Ermənistdanda seçkilərin yekun nəticələri açıqlandı: Paşinyan qalib gəldi

21 İyun, 2021
852

Armenpress.am

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərinin qalibi olub.

"Sputnik Ermənistan"ın bu gün, iyunun 21-də verdiyi xəbərə görə, Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkə üzrə 2008 seçki məntəqəsində əldə olunan nəticələri açıqlayıb. 

1 281 911 bülleten sayıldıqdan sonra aşağıdakı nəticələr qeydə alınıb:

1. Vətəndaş Müqaviləsi Partiyası (Nikol Paşinyan) - 53,92% (687 251 seçici) 

2. “Ermənistan” bloku (Robert Koçaryan) - 21,04% (268 165 seçici) 

3. “Mənim şərəfim var” bloku (Serj Sarqsyan) - 5,23% (66 633 seçici)

4. Çiçəklənən Ermənistan Partiyası (Qaqik Tsarukyan) - 3,96% (50 416 seçici) 

5. Aydınlanmış Ermənistan (Edmon Marukyan) – 1,22% (15 557 seçici)

6. Erməni Milli Konqresi (Levon Ter-Petrosyan) – 1,54% (19 647 seçici) 

Seçkilərdə Nikol Paşinyanın əsas rəqibi olan Robert Koçaryanın bloku seçkilərin nəticələrini tanımaqdan imtina edib. Keçmiş prezident Serj Sarqsyanın dəstəklədiyi "Mənim şərəfim var" bloku isə səsvermədə kobud xətaların baş verdiyini bəyan edib. 

MSK səsvermədə respublika səviyyəsində 49,4% aktivlik qeydə alındığını bildirib. Növbədənkənar parlament seçkilərində 25 siyasi qüvvə - 21 partiya və 4 blok mübarizə aparıb. Parlamentdə düşə bilmək üçün partiyalar 5%, bloklar isə 7%-lik həddi aşmalı idi.

Dünya

“Neftçi” və “Qarabağ” avrokuboklarda nə qədər pul qazanıb?

17 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan 5 milyon avrodan çox maliyyə vəsaiti ayrılıb. AFFA-nın rəsmi saytının məlumatına görə, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb. “Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışı səbəbindən 1 210 000 avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 000 000 avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlinə görə 934 500 avro əldə edib.
Dünya

Şahmat üzrə dünya çempionu seriala görə “Neftlix”-i məhkəməyə verib

17 Sentyabr 2021

Agenda.ge

Əfsanəvi şahmatçı Nona Qaprindaşvili “Neftlix”i təhqirdə ittiham edir və 5 milyon dollar məbləğində kompensasiya tələb edir.  Bu barədə "The New Times" nəşrinin verdiyi xəbərdə bildirilir.  Məsələ “Vəzir qambiti” mini-serialı haqqındadır. İddiaya görə, serialda Nona Qaprindaşvilinin nailiyyətləri barədə doğru olmayan informasiya səslənib. Epizodların birində deyilir ki, Qaprindaşvili heç zaman kişi şahmatçılarla görüşməyib, bu isə yalandır. İddiada qeyd olunur ki, “Vəzir qambiti”nin həmin epizodunda 1968-ci ilin hadisələri işıqlandırılır, həmin vaxta qədər isə Qaprindaşvili əllidən artıq kişi şahmatçı ilə yarışmışdı.  Qeyd olunur ki, “Neftlix” Nona Qaprindaşvilini Rusiya şahmatçısı kimi təqdim etməklə bir az da təhqir edib. “Neftlix”ə qarşı iddiada Qaprindaşvilini bir qrup Amerika...
Seçilmiş Videolar