Dünya

Evin həbsxanasındakı yanğın nəticəsində məhbusların öldüyü və yaralandığı bildirilir

17 Oktyabr, 2022
474

AA

Tehranın şimalındakı Evin həbsxanasında baş verən yanğın nəticəsində azı 4 məhbus ölüb, 61 nəfər yaralanıb.

Bu barədə rəsmi IRNA agentliyi məlumat yayıb. 

Bildirilir ki, məhbuslar tüstüdən zəhərlənərək ölüblər. Yanğın şənbə günü gecə radələrində baş verib. İranın təhlükəsizlik rəsmisinin sözlərinə görə, yanğın həbsxana geyimlərində olan “quldurlar”ın anbara od vurması nəticəsində baş verib. 

https://toplum.tv/dunya/xameneyi-irandaki-etirazlarin-arxasinda-abs-ve-sionistler-dayanir

Tehranın qubernatoru Möhsün Mənsuri IRNA-ya bildirib ki, həbsxanadakı yanğının qarşısı alınıb və “təhlükəsizlik təmin olunur”. Onun sözlərinə görə, “iğtişaşçılar” digər məhbuslardan ayrılıb və məhbuslar öz kameralarına qayıdıblar. 

Beynəlxalq Amnistiya Təşkilatının Baş katibi Agnes Kallamard "Twitter"-də İran hakimiyyətinə yanğından sonra məhbusların həyatına “hörmət etmək və qorumaq üçün qanuni öhdəliklərini” yerinə yetirməyə çağırıb. 

Tehranın Evin həbsxanası rejimin siyasi dissidentləri həbs etdiyi qəddar bir müəssisə kimi tanınır. Bura siyasi məhbusların saxlanıldığı və ağır işgəncələrlə cəzalandırıldığı barədə iddialar var. Bəzi fəallar  həbsxanadakı son yanğının da siyasi məhbusları aradan qaldırmaq üçün törədildiyini bildirirlər. 

Xatırlatma

Sentyabrın ortalarında 22 yaşlı kürd qadın hüquq müdafiəçisi Məhsa Əmini başındakı hicabını açdığına görə əxlaq polisi tərəfindən saxlanılıb və döyülüb. Qız komaya düşdükdən bir neçə gün sonra xəstəxanada ölüb.

Buna cavab olaraq İranda etiraz aksiyaları başlayıb. Nümayişlərin əvvəlindən qadınlar hicablarını cırıb, bəziləri onları nümayişkəranə yandırıb, həmçinin etiraz əlaməti olaraq saçlarını kəsiblər. Həmçinin nümayişçilər hökumət əleyhinə “Diktatora ölüm!” şüarları səsləndirməyə başlayıblar.

Etirazlar həftələrdir davam edir. Hüquq müdafiəçilərinin məlumatına görə, polislə toqquşmalar zamanı onlarla insan həlak olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Uqandada LGBT nümayəndələri ömürlük həbslə cəzalandırılacaq

Toplum TV
30 May 2023

Açıq mənbələrdən götürülüb

Uqanda Prezidenti Yoveri Museveni eynicinsli münasibətlərə görə ömürlük həbs və bəzi hallarda ölüm cəzasını nəzərdə tutan qanun layihəsi imzalayıb.  Toplum TV BBC-yə istinadən xəbər verir ki, bu, LGBTQ+ nümayəndələrinə qarşı ən qəddar qanunlardan biridir. Ölüm cəzası qarşı tərəfin razılığı olmadığı təqdirdə, habelə yetkinlik yaşına çatmayanlara, psixi pozğunluğu və fiziki məhdudiyyəti olan şəxslərə qarşı cinsi xarakterli əməllər, həmçinin təqsirləndirilən şəxsin QİÇS analizi müsbət çıxdığı hallar üçün nəzərdə tutulub. https://toplum.tv/multimedia/pbakida-lgbt-feallari-aksiyaya-cehd-edibp Uqanda parlamenti tərəfindən qəbul edilən qanun layihəsinin orijinal variantında özünü LGBTQ+ nümayəndəsi kimi təqdim etmə faktına görə cəza nəzərdə tutulurdu. Prezident onu yenidən baxılması üçün parlamentə göndərdikdən sonra bu bənd sənəddən çıxarılıb....
Dünya

Moskvaya dron hücumu: Rusiya Ukraynanı ittiham edir

Toplum TV
30 May 2023

Açıq mənbələrdən götürülüb

“Səhər saatlarında Kiyev rejimi Moskvadakı obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib” Toplum TV xəbər verir ki, bu barədə mayın 30-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, paytaxt səkkiz təyyarə tipli pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Nazirliyin açıqlamasına görə, Moskva vilayətində beş PUA "Pantsir-S" zenit-raket sistemi ilə vurulub, üçü isə radio-elektron qurğularla yerə düşürülüb. https://toplum.tv/dunya/pavropa-ittifaqi-oumllkeleri-rusiyanin-200-milyard-avroluq-aktivlerini-dondurubp Rusiyanın teleqram kanalları isə paytaxta hücum edən PUA-ların sayının Müdafiə Nazirliyinin açıqladığından daha çox olduğunu iddia edib.  Mayın 30-na keçən gecə Ukrayna da "Şahed-136/131" dronlarının növbəti hücumuna məruz qalıb. Ukraynanın Hərbi Hava Qüvvələri ümumilikdə 31 kamikadze dronun havaya qaldırıldığını bildirir. Məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo