Açıq mənbələrdən götürülüb
Mark Zukerberqə 7 milyard dollar zərər dəyib
Oktyabrın 5-də "Facebook" şirkəti qlobal böhrana nəyin səbəb olduğunu açıqlayıb.
"Şəbəkədəki nasazlıq məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməyə cavabdeh olan magistral marşrutlaşdırıcılarda konfiqurasiya dəyişiklikləri səbəbindən baş verib", - şirkətin məlumatında qeyd olunub və həmçinin əlavə edilib ki, trafikdəki nasazlıq məlumat emal edən mərkəzlərin fəaliyyətinə təsir göstərib, bunun da nəticəsində tətbiq və xidmətlərin işi dayanıb.
"Facebook" və sahib olduğu "Instagram"-la "WhatsApp" şəbəkələri təxminən 7 saat ərzində istifadəçiləri üçün əlçatan olmayıb.
Şirkət istifadəçilərin məlumatlarının oğurlanması barədə iddiaları təkzib edib və heç bir şəbəkə istifadəçinin məlumatlarının oğurlanmadığını vurğulayıb.
Dataları toplamaqla məşğul olan "Downdetector" resursunun məlumatına görə, bu, sosial şəbəkə tarixi ərzindəki ən böyük nasazlıqdır. Baş verənlər fonunda sosial şəbəkələrin aktivlərində 5 faizlik eniş baş verib. Şirkətin sahibi Mark Zukerberqə isə demək olar ki, 7 milyard dollar dəyərində ziyan dəyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər