Dünya

FED uçot dərəcəsini rekord səviyyədə artırdı

16 İyun, 2022
204

Açıq mənbələrdən götürülüb

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini birdən 0,75 faiz – 1,5-1,75 illik faizə qədər qaldırdığını elan edib. 

Amerika bank sistemi üçün daxili istiqrazların dəyərini müəyyən edən dərəcənin belə kəskin artımı 1994-cü ildən sonra ilk dəfə həyata keçirilir. 

CNN qeyd edir ki, artım analitiklərin gözləntilərinə uyğundur. İyunun 10-a qədər dərəcələrin 0,5% artırılacağı gözlənilirdi, amma 1981-ci ildən bəri ən yüksək inflyasiya barədə məlumatlar dərc olunandan sonra FED-in daha qətiyyətli tədbir görəcəyi məlum olub. 

Federal Ehtiyat Sisteminin direktorlar şurasının rəhbəri Cerom Pauell bildirib ki, iyulda dərəcələr daha 0,5-0,75% artırıla bilər.

İyunun 15-də FED həm də iqtisadi proqnozları pisləşmə istiqamətində yeniləyib. Əvvəlki proqnozda 2022-ci ildə ABŞ ÜDM-nin 2,8% artacağı gözlənilirdisə, indi 1,7% proqnozlaşdırılır. İlin yekunlarına görə işsizlik səviyyəsi 2,8% olacaq, bu da əvvəl proqnozlaşdırılandan pis göstəricidir. Fed ilin sonuna qədər inflyasiyanın azalacağını da gözləmir.

Dünya

Borrell: Avropa İttifaqının Rusiya ilə müharibə etmək niyyəti yoxdur

6 İyul 2022

Rəsmi səhifə

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Avropanın Rusiya ilə müharibə etmək planları yoxdur. O, bu barədə “Yomiuri” qəzetinə yazdığı məqalədə bildirib. Borrellin sözlərinə görə, Rusiyanın Ukraynadakı işğalçılıq siyasətinə əsas cavab bundan sonra da sanksiyalar siyasəti olacaq. O, sanksiyaların təsirinin daha da artacağına əminliyini ifadə edib.  Diplomat həmçinin Rusiyanın Avropa və ABŞ texnologiyalarından asılılığının Çindən altı dəfə çox olduğunu qeyd edib. Borrel hesab edir ki, buna görə də sanksiyalar altındakı Rusiya iqtisadiyyatı  ehtiyaclarını ödəyə bilməyəcək. Borrell artıq sanksiyalara görə Rusiyanın “İskəndər” və “X-101” kimi dəqiq raketlər istehsal etmək imkanlarının məhdudlaşdığına diqqət çəkib.  "Neft...
Dünya

Rusiya Xarkov Universitetini raketlə vurub

6 İyul 2022
İyulun 6-da gecə saatlarında Rusiya ordusunun Xarkovun Osnovyanski rayonlarına və Kiyev vilayətinə raket zərbəsi endirdiyi bildirilir.  Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov “Telegram”da məlumat yayıb. O, Novobavarskoyedə binaların bir hissəsinin dağıdıldığını qeyd edib. Oleq Sinegubov bildirib ki, raket zərbələri Xarkov Universitetini də dağıdıb: “Kiyev vilayətinə raket hücumu nəticəsində ali təhsil müəssisəsinin binası da dağıdılıb”. Oleq Sinegubov yaşayış binaları, açıq sahələr və buğda tarlasının yandığını əlavə edib.

Seçilmiş Videolar

Toplum TV loqo