Reuters
Yüzlərlə fələstinli tanınmış müxalif aktivist Nizar Banatın yerli güc orqanların tərəfindən döyülərək öldürülməsindən sonra Mahmud Abbasın rezidensiyasının qarşısına toplaşaraq onun istefasını tələb ediblər.
Bu barədə iyunun 25-də "Röyters" agentliyi xəbər yayıb.
Qohumlarının sözlərinə görə, 43 yaşlı Banat evinin yaxınlığında saxlanılan zaman bir neçə dəqiqə döyülüb və başı pəncərə çərçivəsinə çırpılıb. Saxlanılandan sonra o, tezliklə həyatını itirib. Parlamentin deputatı olan Banat uzun illəriydi ki, Fələstin muxtariyyətinin hazırkı rəhbərliyinə qarşı çıxırdı. Onun ölümündə Abbasın avtoritar hökumətinin əli olduğu ehtimal edilir.
Beynəlxalq ictimaiyyət və hüquq müdafiəsi təşkilatları insidentin müstəqil şəkildə araşdırılmasını və mərhumun cəsədinin ekspertizadan keçirilməsini tələb ediblər. Ədalət tələb edən Banatın tərəfdarlarını polis gözyaşardıcı qazdan istifadə etməklə dağıdıb.
Bu ilin əvvəllərində Fələstin Milli Administrasiyasının sədri Mahmud Abbas prezident və parlament seçkilərinin təxirə salınması barədə qərar çıxarıb. O bunu, İsrailin seçkilərin Qərbi Yerusəlimdə keçirilməsinə imkan verməməsiylə əsaslandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür