“Fənərbağça” azarkeşlərinin "Putin" şüarı Ukrayna təmsilçisini qəzəbləndirib
Açıq mənbələrdən götürülüb
"Sizlərdən soruşuram, neçə dəfə qayda pozduğumuzu yaxşı sayıbsınızmı? Hər şey plana uyğun getdi, qələbə qazandıq. Amma hesab etmirdik ki, azarkeşlər belə şey edər. Belə hərəkət gözləmirdik, heyf".
Bunu Ukraynanın “Dinamo Kiyev” futbol klubunun baş məşqçisi Mirça Luçesku dünən, iyulun 27-də UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində qarşılaşdıqları “Fənərbağça”ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Əvvəllər “Qalatasaray” və “Beşiktaş”ın da məşqçisi olmuş Luçesku azarkeşlərin qarşılaşma zamanı Putini dəstəkləyən şüarlar səsləndirməsinə etiraz olaraq mətbuat konfransında iştirak etməyib.
"Fənərbağça" azarkeşlərinin şüarları mətbuatda və sosial şəbəkələrdə böyük ajiotaja səbəb olub. Bir çox tanınmışlar azarkeşlərin hərəkətini qınayan fikirlər səsləndiriblər. “Fənərbağça” klubunun rəsmiləri isə hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar baş verənlərə belə münasibət bildirib: “Futbol ədalətli oyundur. Dünən “Dinamo Kiyev" daha güclü idi. “Fənərbağça” tərəfdarlarından ölkəmizi bombalayan rusiyalı qatil və təcavüzkarın lehinə dəstək şüarlarını eşitmək çox kədərli idi”.
İlk oyununda “Dinamo Kiyev" ilə 0:0 bərabərə qalan “Fənərbağça” cavab oyununda 2:1 hesabı ilə məğlub olub.
https://toplum.tv/dunya/neymar-hebs-edile-biler
Bu ilin aprelində Türkiyənin "Qalatasaray" klubu Ukrayna hadisələrindən zərər görən uşaqlara yardım üçün "Sülh üçün matç" şüarı ilə "Dinamo Kiyev" komandası ilə oynamışdı. Bu qarşılaşma da Ukrayna klubunun 3:1 qələbəsi ilə başa çatmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür