Wikipedia
Finlandiya ilə Rusiyanın sərhədində mühafizə hasarları peyda ola bilər.
"Svoboda.org" məlumat verir ki, bu barədə Finlandiyanın daxili işlər naziri Krista Mikkonen xəbər yayıb. Hökumət sərhəd xidməti haqqında qanuna dəyişikliklər təklifini iyunun 9-da parlamentə təqdim edib. Dəyişikliklərin mümkün qədər tez qəbul olunacağı gözlənilir.
Hasar tikilməsindən əlavə sərhədçilərin sayının artırılması, texniki müşahidə üçün yeni avadanlıqların və kəşfiyyat təyyarələrinin alınması nəzərdə tutulur. Mikkonen sərhəd xidmətinin “hibrid təsir” təhlükəsinə də hazır olmalı olduğunu vurğulayıb. Bu zaman həmsərhəd ölkənin siyasi təsir məqsədilə üçüncü ölkələrdən miqrasiya dalğasından istifadə etməsi nəzərdə tutulur. Belə hal ötən il Belarus-Polşa sərhədində müşahidə olunub.
Əcnəbilər haqqında qanuna da dəyişikliklər ediləcək. Sığınacaq barədə müraciətlər elə sərhəd buraxılış məntəqəsində qəbul ediləcək və nəzərdən keçiriləcək. Bu qayda müraciətçinin Finlandiyanın içərilərinə və ya AB ölkələrinə miqrasiyasının qarşısını alacaq.
Fin-rus quru sərhədinin uzunluğu 1271 kilometrdir. Sərhəddən paytaxt Helsinkiyə qədər olan məsafə isə 200 kilometrə bərabərdir.
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başlanmasından sonra bitərəf olan Finlandiya NATO-ya qoşulmaq istədiyini bildirib. Ölkə təşkilata üzv olmaq üçün artıq ərizə ilə müraciət edib, amma hələ ki, Türkiyə buna etiraz edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür