Dünya

Finlandiya və İsveç NATO-ya üzvlük protokollarını imzaladı

5 İyul, 2022
135

ZDF

Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya daxil olmaq haqqında protokolları imzalayıblar.

"Reuters" xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, İsveçin xarici işlər naziri Ann Linde və 30 NATO ölkəsinin səfirləri NATO-nun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı protokolları imzalayıblar. 

“Bu gün biz rəsmi olaraq üzvlük protokolunu imzalayırıq və ratifikasiya proseduruna başlayırıq. NATO-nun qapısı bütün Avropa demokratiyaları üçün açıqdır. Bu, Finlandiya, İsveç və NATO üçün yaxşı gündür, biz 32 üzv ölkə ilə daha da güclənəcəyik”, - NATO-nun baş katibi Yens Stoltenberq mərasimi açarkən deyib.

Finlandiya və İsveç Rusiyanın Ukraynada başlatdığı müharibə fonunda alyansa qoşulmaq üçün müraciət etmişdilər. Türkiyə əvvəlcə bu ölkələrin NATO-ya daxil olmasına veto qoysa da, sonradan razılığını verib

Dünya

Salman Rüşdi özünə gəlib, danışa bilir

14 Avqust 2022

Global News

Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi süni nəfəs aparatından çıxarılıb, onun huşu yerindədir və danışa bilir. Bu barədə BBC-nin avqustun 14-də yaydığı məlumatda bildirilir. Yazıçının səhhəti haqqında əlavə məlumat verilməyib. Daha əvvəl onun bir gözünü itirə biləcəyi ilə bağlı ehtimallar səsləndirilirdi. Vəkili onun qaraciyərində, qolunda da ciddi  xəsarətlərin olduğunu bildirib.  Salman Rüşdi avqustun 12-də Nyu-York şəhərində “Chautauqua” İnstitutunda ədəbiyyat mühazirəsindən əvvəl bıçaqlı hücuma məruz qalıb. Hadisəni törədən Hadi Matar adlı şəxs  saxlanılıb. Onun sosial media səhifələrində İranın ali dini lideri, prezidenti, həmçinin ölmüş generalı Qasım Süleymaninin fotoları diqqət çəkib. S.Ruşdinin 1980-cı illərdə yazdığı “Şeytan ayələri” romanı bəzi müsəlmanlar arasında böyük...
Dünya

Yerevanda ticarət mərkəzində partlayış: ölən və yaralananlar var

14 Avqust 2022
Ermənistanın paytaxtı Yervanın “Surmalu” ticarət mərkəzində partlayış baş verib. "Armenpress" ölkənin Fövqaladə Hallar Nazirliyinə istinadən məlumat yayıb ki, partlayış zamanı 1 nəfər ölüb, 20 nəfər xəsarət alıb Bununla belə qeyd edilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib.  Hüquq mühafizə orqanlarının məlumatına görə, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib.  Hazırda ərazidə axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib  Ermənistan FHN xəbər verir ki, 1 nəfər ölüb, ən azı 20 yaralı var. Rəqəmlərin artacağı istisna olunmur.

Seçilmiş Videolar

Toplum TV loqo