ZDF
Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya daxil olmaq haqqında protokolları imzalayıblar.
"Reuters" xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, İsveçin xarici işlər naziri Ann Linde və 30 NATO ölkəsinin səfirləri NATO-nun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı protokolları imzalayıblar.
“Bu gün biz rəsmi olaraq üzvlük protokolunu imzalayırıq və ratifikasiya proseduruna başlayırıq. NATO-nun qapısı bütün Avropa demokratiyaları üçün açıqdır. Bu, Finlandiya, İsveç və NATO üçün yaxşı gündür, biz 32 üzv ölkə ilə daha da güclənəcəyik”, - NATO-nun baş katibi Yens Stoltenberq mərasimi açarkən deyib.
Finlandiya və İsveç Rusiyanın Ukraynada başlatdığı müharibə fonunda alyansa qoşulmaq üçün müraciət etmişdilər. Türkiyə əvvəlcə bu ölkələrin NATO-ya daxil olmasına veto qoysa da, sonradan razılığını verib.
Global News
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir