Dünya

Forbes: Səfərbərlik başlayandan Rusiyanı 600-700 min insan tərk edib

5 Oktyabr, 2022
328

Sosial Media

“Forbes” jurnalı Rusiya Prezident Administrasiyasındakı mənbəsinə istinadən xəbər verir ki, sentyabrın 21-də Rusiyada səfərbərlik başlayandan bəri təxminən 600-700 min insan ölkəni tərk edib. 

Kremlin hesablamaları ilə tanış olan başqa bir mənbənin nəşrə verdiyi məlumata görə, səfərbərlik başlayandan bəri Rusiyanı təxminən bir milyon insan tərk edib.

"Forbes"in Prezident Administrasiyasındakı mənbəsi qeyd edib ki, ölkəni turizm məqsədi ilə tərk edənlərin sayının hesablanması mümkün deyil.

https://toplum.tv/dunya/simali-koreya-rusiyanin-ukrayna-erazilerini-ilhaq-etmesini-destekleyir

Açıq məlumatlara görə isə, səfərbərlik başlayandan sonra 300 mindən çox insan Rusiyanı tərk edib,"Layout" nəşrinin məlumatında qeyd olunub. 

- Sentyabrın 21-dən oktyabrın 4-dək 200 min rus Qazaxıstana daxil olub.
- Sentyabrın 21-dən 29-dək Gürcüstana demək olar ki, 69 min, sonrakı günlərdə isə gündə təxminən 6 min nəfər daxil olub.
- Sentyabrın 21-dən oktyabrın 3-dək demək olar ki, 66 min rus Finlandiyaya daxil olub.
- Sentyabrın 22-dən 28-dək 6268 rus Monqolustana daxil olub.
- Qırğızıstanda sentyabrın 21-dən sentyabrın 28-dək ölkədə 3526 rus qeydiyyatdan keçib. Rusların daxil olması ilə bağlı məlumatlar məlum deyil.

Həmçinin Rusiyanın bəzi sakinləri səfərbərlik başlayandan sonra Ermənistan, Özbəkistan, Tacikistan, Azərbaycan, Türkiyə, Misir və Birləşmiş Ərəb Əmirliklərinə gediblər, amma rusların bu ölkələrə daxil olması ilə bağlı açıq məlumat yoxdur.

Sentyabrın əvvəlində, hətta səfərbərlik elan edilməmişdən əvvəl "Rosstat", 2022-ci ilin əvvəlindən 419 min insanın Rusiyanı tərk etdiyini bildirirdi. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?

Yadigar Sadıqlı
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Martın 15-də Pakistan məhkəməsi polisə keçmiş baş nazir, indi müxalifət lideri İmran Xanın həbs cəhdlərini dayandırmaq barədə göstəriş verib. BBC bildirir ki, bu addım ölkədəki gərginliyi azaltmaq məqsədilə atılıb. Keçmiş baş nazirin yüzlərlə tərəfdarı iki gün ərzində onun həbsə alınmasına imkan vermirdilər və gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən polislə şiddətli toqquşmalara girirdilər. Həbsin dayandırılması barədə göstərişdən az sonra İmran Xan evdən çıxaraq tərəfdarları ilə şəkil çəkdirib. Pəncab vilayətinin yüksək çinli məmurlarından biri deyib ki, həbsin təxirə salınması ölkənin əsas idman tədbirinin – kriket üzrə superliqanın finalının keçirilməsi ərəfəsində asayişi bərpa etmək zərurətindən doğub. Final martın 19-da Xanın evindən bir...
Dünya

Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"

Toplum TV
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlsə, Moskvaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacaq.  Toplum TV xəbər verir ki, bunu Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz “Politico” nəşrinə verdiyi müsahibədə deyib. Müsahibəsində o, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcəyini, amma Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyənin Rusiya Federasiyası ilə “bərabər münasibətlərə” can atacağını bildirib. Onun sözlərinə görə, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmasına da mane olmayacaq. https://toplum.tv/dunya/perdoganin-prezidentliye-namizedliyi-tesdiqlendip Hazırda müharibə səbəbindən Rusiyanı tərk edən vətəndaşlar fəal şəkildə Türkiyədə mülk alırlar. Ünal Çeviköz müsahibəsində onu da qeyd edib ki, əgər Kılıçdaroğlu seçkilərdə qalib gələrsə, əcnəbilərin Türkiyədə ən...

Seçilmiş Videolar

Toplum TV loqo