Dünya

Fransa Avstraliya ilə azad ticarət haqqında danışıqlara qarşı çıxdı

20 Sentyabr, 2021
890

Açıq mənbələrdən götürülüb

Fransa Avropa Birliyinin Avstraliya ilə azad ticarət haqqında danışıqlar aparmasının əleyhinə çıxır, çünki Avstraliya Fransaya verdiyi atom sualtı qayıqlar sifarişinin pozmasından sonra etimadı itirib. 

"Politico" xəbər verir ki, bu sözləri Fransa XİN yanında dövlət katibi Kleman Bon deyib.

“Sözə əməl etmək demokratiyalar və müttəfiqlər arasında etimadın əsas şərtidir. Buna görə də artıq etimad göstərmədiyimiz bir ölkə ilə sanki heç nə baş verməyibmiş kimi ticarət danışıqlarını davam etdirmək ağlasığmazdır”, - diplomat deyib. 

"Politico" qeyd edir ki, Avropa komissiyası üzv-dövlətlər adından ticarət danışıqları aparmaq üçün müstəsna səlahiyyətlərə malikdir, amma Fransa açıq müqavimət göstərəcəyi halda o çətin ki, bunu etsin. Parisin mövqeyi ticarətin daha sərbəst olduğu İsveç, İrlandiya və ya Niderlandın xoşuna gəlməyə bilər.

Avroparlamentin beynəlxalq ticarət üzrə komitəsinin rəhbəri Bernd Lanqe bildirib ki, AUKUS (ABŞ, Britaniya və Avstraliya ittifaqı) hadisəsindən və Avstraliyanın “manevr”indən sonra azad ticarət haqqında danışıqlar həm də Almaniyanın maraqlarına toxunduğundan müşkül vəziyyətə düşüb.

Belə ki, ABŞ, Avstraliya və Böyük Britaniya alyansı Almaniyanın "Atlas Elektronik" şirkətinə da toxunur. Bu şirkət "ThyssenKrupp" gəmiqayırma holdinqinin bir parçasıdır. Lanqe qeyd edib ki, Avropa tərəfinin kompromis meyli azalıb, eləcə də Hind-Sakit okean regionunda sənaye və texnologiya sahəsində əməkdaşlıq çətinləşib.

Avstraliyanın baş naziri Skott Morrison isə daha əvvəl bildirib ki, Fransa ilə dizel sualtı qayıqlarının tikintisi barədə sövdələşmənin pozulması Parisin məyusluğuna baxmayaraq, ölkəsinin maraqlarına xidmət edir.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Vaşinqtonun AUKUS razılaşması çərçivəsində Avstraliyanın atom sualtı qayıqlarının hazırlanması və Fransa ilə müqavilənin pozulması barədə informasiyanı guya Parislə bölüşməsini yalan adlandırıb. 

AUKUS razılaşması Fransanın kəskin etirazına səbəb olub. Paris ilk dəfə olaraq Vaşinqton və Kanberradakı səfirlərini geri çağırıb. Fransa Avstraliya ilə çoxmilyardlıq razılaşmanın pozulmasını “arxadan zərbə” kimi qiymətləndirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo