Sosial Media
"Fransa Ermənistanın müdafiə ilə bağlı müraciətinə baxa bilər"
Bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot "Azatutyun TV"-yə müsahibəsində deyib.
"Fransa və Ermənistanın müdafiə sahəsindəki əməkdaşlığına gəldikdə, biz əlbəttə, erməni hökumətinin göndərdiyi müraciətlərə baxmağa hazırıq. Təbii ki, burda bəzi reallıqları da nəzərə almaq lazımdır: Fransa və Ermənistan eyni hərbi ittifaqın üzvü deyillər", - deyə Lakot bildirib və əlavə edib:
"Ümumən bizim rolumuz gələcək müharibəyə hazırlıq deyil. Bizim rolumuz yeni münaqişədən qaçmaq və regiondakı problemli məsələləri birdəfəlik həll etməyə imkan verəcək siyasi prosesləri həyata keçirməkdir".
Conatan Lakot açıqlamaları zamanı Bakıdakı həmkarının Şuşa səfərinə hansı səbəbdən qoşulmamasına da şərh verib.
"Belə bir reallıq var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar yoluyla müəyyən edilməlidir. Bu status müəyyən edilməyincə, Fransanın nə Bakıdakı, nə də Ermənistandakı səfiri Qarabağa səfər edə bilməz. Mənim Bakıdakı həmkarım necə Şuşaya səfər etmirsə, mən də Stepanakertə səfər etmirəm. Minsk Qrupu həmsədri olan ölkələrin hamısı belə edir", - deyə səfir qeyd edib.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb