AFP
Fransa XİN yanında Avropa işləri üzrə dövlət katibi Kleman Bon bildirib ki, Ukraynanın Avropa Birliyinə (AB) üzvlüyü 15-20 il çəkə bilər.
“Əgər biz Ukraynanın AB-yə altı ay, bir il, iki il sonra daxil olacağını desək, yalançı olarıq”, - Bon “Radio J”-yə müsahibəsində deyib. “Bu çox uzun zaman alır və mən bizim illuziya satmağımızı istəmirəm”. Fransalı diplomatın sözlərinə görə, belə yalan sonda ukraynalıların məyusluğu üçün əsas ola bilər.
Fransa prezidenti Emmanuel Makron daha əvvəl bildirmişdi ki, Ukraynanın AB-nin tərkibinə daxil olmasından ötrü çox illər lazım gələ bilər. Makron Ukraynanı öz sıralarında qarşılayacaq “Avropa siyasi birliyinin yeni təşkilatını” yaratmağa çağırıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Makronun bu təşəbbüsünü şərh edərkən ölkəsinin AB üzvlüyünə alternativin Rusiya ilə “kompromis” olduğunu vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür