AA
Fransa Senatı koronavirusun yayılmasına qarşı qəbul edilən “Sanitar buraxılışlar” haqqında qanun layihəsini yumşaldıb.
"France 24"-ün məlumatına görə, bu qərar qanun layihəsinə qarşı Parisdə və başqa şəhərlərdə keçirilən kütləvi etiraz aksiyalarından sonra verilib.
Sənədə əsasən, tibb işçilərinin vaksinasiyası məcburidir, ölkənin bütün əhalisi üçünsə “sanitar buraxılışlar” tətbiq olunur. Həmin buraxılışlar vaksinasiya haqqında, koronavirus testinin neqativ olub-olmaması, eləcə də orqanizmdə anticisimlərin mövcudluğu haqqında məlumatları əks etdirir. Bu sənədi olmayan şəxslər kütləvi tədbirlərə, restoranlara və uzaq məsafələrə hərəkət edən qatarlara buraxılmayacaqlar. Fransa kinoteatrlarında, teatrlarında və muzeylərdində belə məhdudiyyətlər artıq tətbiq olunur.
Senatda çoxluğa malik olan müxalifət nümayəndələrinin təklif etdikləri dəyişikliklər layihədə nəzərdə tutulan şərtləri yumşaldır. Buraxılışların tətbiqi avqustun sonu əvəzinə sentyabrın 15-dən başlayır. Bundan əlavə, kafe və restoranların küçədəki terraslarında oturmaq üçün buraxılış lazım olmayacaq. Həddi-buluğa çatmayan şəxslər də buraxılış sənədi öhdəliyindən azad edilirlər.
Amma sənədi yenidən nəzərdən keçirməli olan Aşağı Palata, prezident Makronun tərəfdarlarının çoxluq təşkil etdiyi Milli Məclis senatorlarının fikri ilə razılaşmaya və sənədin sərt variantını qəbul edə bilər.
Şənbə günü Parisdə və başqa şəhərlərdə keçirilən aksiyalarda rəsmi məlumatlara görə, 160 min nəfər iştirak edib. Emmanuel Makron aksiya iştirakçılarını kəskin qınayaraq onları “eqoizmdə və məsuliyyətsiz davranış”larda ittiham edib.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb