EPA/REUTERS
Fransada 10 apreldə keçirilən prezident seçkisinin ilk turunda hazırkı prezident Emmanuel Makron ifrat sağçı siyasətçi Marin Le Peni geridə qoyub. Onlar bu ayın sonunda, seçkinin ikinci turunda üz-üzə gələcəklər.
"Reuters" xəbər verir ki, Makron birinci raundda 28.1-29.7%, Le Pen isə 23.3-24.7% səs yığıb.
Aprelin 24-nə planlaşdırılan ikinci turda Avropa İttifaqının (Aİ) həm əhalisi, həm də istehsalın həcminə görə ikinci böyük ölkəsinin başçısının kim olacağı müəyyənləşəcək.
2017-ci ildə Makron seçkinin ikinci turunda Le Peni 66 faizlə məğlub etmişdi. Ancaq budəfəki səsvermənin daha gərgin keçəcəyi gözlənilir, çünki ölkədə inflyasiya yüksəkdir, enerji qiymətləri artıb.
Seçkilərin nəticələri bir çox cəhətdən 5 il əvvəl, Makron və Le Penin də ikinci tura daxil olduğu səsvermənin nəticələrini xatırladır. Sonra Makron böyük fərqlə qələbə qazanmışdı. Ekspertlərin proqnozlarına görə, indi mübarizə daha gərgin olacaq.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?