Açıq mənbələrdən götürülüb
Gürcüstanın hakim "Gürcü arzusu - demokratik Gürcüstan" partiyası növbədənkənar parlament seçkilərin təyin olunması şərtindən imtina edib və Avropa Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə müxalifətlə razılaşdırılan sazişdən çıxıb.
"Sputnik Gürcüstan"ın verdiyi məlumata görə, bu barədə iyulun 28-də partiyanın sədri İrakli Kobaxidze bəyanat verib.
Şarl Mişel ilə razılaşdırılan saziş Gürcü müxalifətinin parlamenti boykot etməsini dayandırmaq məqsədiylə imzalanmışdı. Müxalifət hökuməti parlament seçkilərini saxtalaşdırmaqda ittiham edirdi. Sazişdəki əsas müddəalardan biri "Gürcü arzusu" yerli idarələrə seçkilər zamanı (2 oktyabrda keçiriləcək) 43%-dən az səs toplayarsa, növbədənkənar parlament seçkilərin keçirilməsi barədəydi.
Kobaxidze bildirib ki, hakim partiya aprelin 19-da imzalanan sazişdən çıxmaqla konstitusyon nizama və Konstitusiya çərçivəsindəki siyasi proseslərə qayıdır.
Bununla yanaşı o qeyd edib ki, partiya növbədənkənar parlament seçkiləri təyin edə bilər, amma bu sırf hökumətin könüllü iradəsi ilə baş tuta bilər.
Partiyadan verilən məlumata görə, bu qərar beynəlxalq partnyorlarla razılaşdırılmadan verilib.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”