TripAdvisor
Tbilisi restoranları hökumət tərəfindən vəd edilən subsidiyaları alacaqlar
"Sputnik Gürcüstan"ın martın 5-də verdiyi xəbərə görə, pandemiyanın vurduğu ziyana kompensasiya olaraq hər bir restoran 5 min lari (2560 manat) həcmində dövlət subsidiyası alacaq.
Bu barədə Nazirlər Kabinetinin iclası zamanı baş nazir İrakli Qaribaşvili açıqlama verib. O, bildirib ki, hökumət kiçik və orta restoran biznesinin maliyyələşdirilməsi haqqında təşəbbüsü dəstəkləmək niyyətindədir.
Yardımın hansı meyarlar əsasında paylanılacağı bir neçə gün sonra bildiriləcək. Qeyd olunub ki, bu meyarlar əsasən restoranın dövriyyəsi və yerlərin sayı ilə bağlı olacaq. Bir hüquqi şəxsin birdən artıq restoranı idarə etdiyi hallarda subsidiya 10 min lari (3000$) təşkil edəcək.
Layihə çərçivəsində 2020-ci il noyabrın 28-nə qeydə alınan bütün obyektlər yardım ala biləcəklər. İri biznes, françayzlar və beynəlxalq şəbəkə operatorlarının isə proqramdan yararlanması nəzərdə tutulmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər