Dünya
Gürcüstan sərt karantinə gedir
26 Noyabr, 2020
Baxış: 212
"COVİD-19" pandemiyasının yaratdığı ağır epidemioloji vəziyyət səbəbindən noyabrın 28-dən etibarən Gürcüstanda əlavə sərt məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib. "RİA Novosti"-nin noyabrn 26-da yaydığı xəbərdə bildirilib. Məlumata görə, yeni layihə çərçivəsində bütün restoranların bağlanması, beynəlxalq və ictimai nəqliyyatın hərəkətinin dayandırılması, iri şəhərlərdə saat 21.00-dan 05.00-a kimi komendant saatının tətbiq olunması, ərzaq dükanları və apteklərdən başqa, bütün mağazaların bağlanması nəzərdə tutur. 

Gürcüstanda sərt karantin rejimi yanvarın 31-dək qüvvədə qalacaq.
Dünya

Koronavirus statistikası: Gürcüstan və Ermənistan

27 Yanvar 2021

Eurasia Diary

Gürcüstanda ötən sutkada COVID-19-a 742 yeni yoluxma faktı qeydə alınıb. 1,081 nəfərin müalicə olunaraq sağaldığı, 12 pasiyentin isə vəfat etdiyi bildirilib. Bu barədə yanvarın 27-də Gürcüstan hökumətinin xüsusi saytında məlumat verilib. Məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 255,564 nəfərə çatıb. Onların 245 527-si sağalıb, 3 108-i isə ölüb. Ermənistanda isə son sutkada daha 195 nəfərin virusa yoluxduğu məlum olub. Yanvarın 27-də Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin yaydığı xəbərə görə, ölkədə virusa yoluxanların sayı 166 427-yə çatıb. Bildirilib ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 056-ya yüksəlib. Hazırda ölkədə 6,557 aktiv koronavirus...
Dünya

Bayden və Putin arasında telefon danışığı olub

27 Yanvar 2021

New York Post

ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasındakı telefon danışığı zamanı Moskva və Vaşinqton münasibələrindəki problemlər müzakirə edilib. Bu barədə yanvarın 27-də Ağ Evdən məlumat verilib. Məlumata görə, Putin Baydeni ABŞ prezidenti vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib. Telefon danışığı zamanı Strateji Hücum Silahlarının məhdudlaşdırılması, koronavirus pandemiyası, həmçinin ticarət-iqtisadi sfera daxil olmaqla, digər sahələrdə də əməkdaşlıq imkanlarının müzakirə edildiyi bildirilib. İşgüzar ovqatda keçən müzakirələrdə Baydenin Ukraynanın suverenliyinə dəstəyini ifadə etdiyi vurğulanıb. Bildirilib ki, danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Seçilmiş Videolar