FOTO: Forbes
Gürcüstanda son sutkada daha 1 857 nəfərdə koronavirus aşkarlanıb, 993 nəfər müalicə olunaraq sağalıb, 24 pasiyent isə ölüb.
Bu barədə yanvarın 12-də Gürcüstan hökumətinin xüsusi rəsmi saytı məlumat verib.
Məlumata görə, ölkədə COVID-19-a ümumi yoluxma sayı 241 637 təşkil edir. Yoluxanların 227 208-i sağalıb, 2 820-si isə vəfat edib.
Hazırda karantin rejimində 514, stasionar nəzarətdə 3 879 nəfər saxlanılır. 569 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Ermənistanda isə daha 355 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı yanvarın 11-də ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 162 643 olub.
Ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 2 941-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 707-yə yüksəlib. İndiyədək 150 602 pasiyent infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 393 aktiv koronavirus xəstəsi var.