Civil.ge
Paytaxt Tbilisidə parlament binasının girişlərində piket keçirən müxalifət tərəfdarlarıyla polis arasında toqquşma baş verib.
"Civil.ge"-in martın 1-də verdiyi məlumata görə, insident zamanı bir neçə nəfər saxlanılaraq ərazidən uzaqlaşdırılıb.
Ümumən polisə müqavimət ittihamıyla 7 nəfərin saxlanıldığı bildirilir.
Parlament binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirildiyi, deputatların binaya aksiyaçıların fit səsləri və “Qullar!” şüarının müşayiətiylə daxil olduqları qeyd edilib.
Məlumata görə, aksiyada müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb olunur.
Müxalifət növbəti piketi martın 5-nə hökumət binasının qarşısında təyin edib.
The Telegraph
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır