Agenda.ge
Gürcüstanda hakim "Gürcü Arzusu" Partiyası və müxalifət partiyaları siyasi böhrandan çıxış üzrə yenilənmiş planı imzalayıblar.
"Sputnik Gürcüstan"ın aprelin 20-də verdiyi xəbərə görə, sənədin imzalanması mərasimi Tbilisidəki prezident sarayında baş tutub.
Məlumata görə, mərasimdə Gürcüstan prezidenti Salome Zurabişvili, ABŞ və Avropa İttifaqının səfirləri – Kelli Deqnan və Karl Hartzel də iştirak ediblər. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tədbirə onlayn formatda qatılıb.
Bununla belə, əsas müxalif partiyalar sayılan Vahid Milli Hərəkat Partiyası (VMHP) ilə Avropalı Gürcüstan Partiyası (AGP) sənədi imzalamaqdan imtina ediblər. VMHP və AGP üzvləri - Salome Samadaşvili və David Bakradze razılaşmaya fərdi qaydada imza atıblar.
Avropa Şurası rəhbəri Şarlz Mişelin vasitəçiliyi ilə hazırlanan sənədin yeni versiyası üç müddəadan ibarətdir. Ancaq onların ikisinə əsaslı dəyişikliklər edilib. Bu dəyişikliklərdə növbədənkənar seçkilərin keçirilməsi, həmçinin siyasi məhbus hesab edilən şəxslərin azadlığa buraxılması nəzərdə tutulur.
Qərara görə, əgər 2021-ci ilin oktyabrında yerli idarəçilik orqanlarına keçiriləcək seçkilər zamanı "Gürcü Arzusu" proporsional sistem üzrə 43%-dən az səs toplasa, 2022-ci idə növbədənkənar seçkilər təyin ediləcək.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”