“Xarici muzdluların Qarabağ müharibəsində Azərbaycan tərəfdən iştirakına dair heç bir sübut yoxdur”.
Bunu Avropa Şurası Nazirlər Komitəsinin sədri, Almaniyanın xarici işlər naziri Hayko Maas AŞPA-nın yanvarın 26-da keçirilən qış sessiyasında erməni deputatın sualını cavablandırarkən deyib.
"Siz deyirsiniz ki, Azərbaycan Dağlıq Qarabağdakı müharibədə xarici muzdlulardan istifadə edib? Bununla bağlı heç bir sübut tapılmayıb", - Hayko Maas açıqlamasında bildirib ("Trend").
Niderland polisi sərt karantin əleyhinə keçirilən etiraz aksiyaları zamanı 150-dən çox nümayişçini saxlayıb.
Bu barədə yanvarın 26-da NOS televiziya kanalı məlumat verib.
Məlumata görə, etiraz aksiayları ölkə miqyasında çox sayda şəhəri əhatə edib. İğtişaşlar zamanı ən azı 151 nəfər saxlanılıb. Həbslərin 1/3-i etirazçılarla polislər arasında toqquşmaların baş verdiyi Rotterdam şəhərinin payına düşüb. Burada etirazçılar polisə daş və petarda atıblar.
Hadisələr Haarlem, Haaqa, Helmond və Zvolle şəhərlərində də eyni ssenari üzrə cərəyan edib. Hertogenbosda etirazçılar mağazaları qarət ediblər və bir avtomobili yandırıblar. Amsterdamda nümayişçilər polis maşının aşırmağa cəhd göstəriblər. Polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Hökumətin...