Gürcüstanda ötən sutkada koronavirusa 3 958 yeni yoluxma faktı qeydə alınıb, 3 531 nəfər sağalaraq evə buraxılıb, 36 pasiyent isə vəfat edib.
Bu barədə noyabrn 23-də Gürcüstan hökumətinin rəsmi saytında məlumat verilib.
İndiyədək ölkədə COVID-19-a 108 690 nəfər yoluxub. Onların 89 170-i sağalıb, 1 012-sı isə dünyasını dəyişib.
Hazırda karantin rejimində 2 137, stasionar nəzarətdə 6 221 nəfər saxlanılır.
Ermənistanda isə ötən sutkada 485 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 126 709-ə yüksəlib.
Hazırda Ermənistanda 29 131 aktiv koronavirus xəstəsi var.