Dünya

Gürcüstanda siyasi böhran: Baş nazir istefa verdi

18 Fevral, 2021
1351

"Sputnik Gürcüstan"

Gürcüstanın baş naziri Georgi Qaxariya bu gün səhər keçirdiyi xüsusi brifinqdə istefa vermək qərarına gəldiyini bildirib.

Gürcüstan mətbuatının yazdığına görə, hökumət başçısı qeyd edib ki, istefasına səbəb müxalifət lideri Nika Meliyanın həbsi ilə bağlı hakim partiya (Gürcü Arzusu) ilə arasındakı fikir ayrılığıdır.

“Vəzifəmi tərk etmək barədə qərar qəbul etmişəm. Əlbəttə, inanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizin siyasi məkanında qütbləşmənin azalmasına kömək edəcək. Əminəm ki, aramızdakı qütbləşmə və qarşıdurma ölkəmizin gələcəyi və iqtisadi inkişafı üçün ən böyük riskdir”, - deyə Qaxariya bəyan edib.

45 yaşlı G.Qaxariya 2019-cu ilin sentyabrından Gürcüstanın baş naziri idi. Baş nazirin istefasından sonra Gürcüstan hökuməti tam tərkibdə istefa verib.

Tbilisi şəhər məhkəməsi ötən gecə müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya barəsində əyani həbs qəti imkan tədbiri seçib. O, 2019-cu ilin 20 iyunundakı hadisələrdə təqsirkar hesab edilib.

Bu gün səhər isə paytaxt Tbilisi şəhərində müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının (VMHP) ofisi qarşısında gərginlik baş verib.

Partiyanın sədri Nika Meliyanı həbs etməyə gələn hüquq mühafizə orqanlarının işçilərinə partiyanın ofisinə daxil olmağa imkan verilməyib. Gecədən bəri ofisin qarşısında növbə çəkən partiya fəalları Nika Meliyanın həbsinə imkan verməyəcəklərini bəyan ediblər. Gürcüstan müxalifəti birgə bəyanat qəbul edərək, Nika

Meliya ilə həmrəy olduqlarını bildiriblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) müxalifət partiyalarına xəbərdarlıq edib. Nazirlik onları zorakılıqdan çəkinməyə və polis əməkdaşlarının məhkəmənin qərarını icra etməsinə əngəl törətməməyə çağırıb.

Baş naziri Georgi Qaxariyanın istefasından sonra DİN Nika Meliyanın həbsinin təxirə salındığını bildirib.

ABŞ-ın Gürcüstandakı səfirliyi isə hadisələrə görə, narahat olduğunu bildirən açıqlama yayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?

Yadigar Sadıqlı
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Martın 15-də Pakistan məhkəməsi polisə keçmiş baş nazir, indi müxalifət lideri İmran Xanın həbs cəhdlərini dayandırmaq barədə göstəriş verib. BBC bildirir ki, bu addım ölkədəki gərginliyi azaltmaq məqsədilə atılıb. Keçmiş baş nazirin yüzlərlə tərəfdarı iki gün ərzində onun həbsə alınmasına imkan vermirdilər və gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən polislə şiddətli toqquşmalara girirdilər. Həbsin dayandırılması barədə göstərişdən az sonra İmran Xan evdən çıxaraq tərəfdarları ilə şəkil çəkdirib. Pəncab vilayətinin yüksək çinli məmurlarından biri deyib ki, həbsin təxirə salınması ölkənin əsas idman tədbirinin – kriket üzrə superliqanın finalının keçirilməsi ərəfəsində asayişi bərpa etmək zərurətindən doğub. Final martın 19-da Xanın evindən bir...
Dünya

Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"

Toplum TV
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlsə, Moskvaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacaq.  Toplum TV xəbər verir ki, bunu Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz “Politico” nəşrinə verdiyi müsahibədə deyib. Müsahibəsində o, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcəyini, amma Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyənin Rusiya Federasiyası ilə “bərabər münasibətlərə” can atacağını bildirib. Onun sözlərinə görə, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmasına da mane olmayacaq. https://toplum.tv/dunya/perdoganin-prezidentliye-namizedliyi-tesdiqlendip Hazırda müharibə səbəbindən Rusiyanı tərk edən vətəndaşlar fəal şəkildə Türkiyədə mülk alırlar. Ünal Çeviköz müsahibəsində onu da qeyd edib ki, əgər Kılıçdaroğlu seçkilərdə qalib gələrsə, əcnəbilərin Türkiyədə ən...

Seçilmiş Videolar

Toplum TV loqo